Icma.az
close
up
RU
“Onlar kritik informasiyaları ələ keçirməyə çalışırlar”

“Onlar kritik informasiyaları ələ keçirməyə çalışırlar”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər media məkanında rəqəmsallaşma prosesi sürətlə inkişaf edir. Bu tendensiya informasiya istehsalında və yayımında çevikliyi, əlçatanlığı artırsa da, eyni zamanda bir sıra təhlükələri də özü ilə gətirir. Xüsusilə müstəqil media qurumları bu prosesdə daha həssas vəziyyətdədir.

2025-ci ilin fevralında “Global Media Group”a daxil olan media resurslarına qarşı həyata keçirilən kiberhücumlar bu risklərin nə qədər real olduğunu bir daha ortaya qoydu. Hadisə göstərdi ki, informasiya təhlükəsizliyi təkcə texniki məsələ deyil, eyni zamanda dövlət təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir.

Hücumlar və onların arxasındakı motivlər

Fevralın 20-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının təşkil etdiyi ictimai müzakirələrdə bu məsələ geniş şəkildə müzakirə olunub. Komissiyanın sədri Ramid Namazov çıxışında bildirib ki, dövlət qurumlarının onlayn resursları müəyyən qoruma mexanizmləri ilə təchiz olunsa da, müstəqil media qurumlarının bu cür müdafiə imkanları məhduddur. Bu səbəbdən də onların kiberhücumlara qarşı daha həssas olduğu qeyd olunub və mövcud qanunvericiliyə dəyişikliklər edilməsi təklif olunub.

R. Namazov kibermüdaxilənin siyasi motivli olduğunu da xüsusi vurğulayıb. Onun sözlərinə görə, hücumların zamanlaması təsadüfi deyil. Fevralın 3-də hüquqi şəxs kimi qeydiyyatdan keçməyən və qanunvericiliyin tələblərini pozduğu üçün fəaliyyətinə xitam verilən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - “Rus Evi” və fəaliyyəti dayandırılacağı gözlənilən “Rossiya Segodnya” (Sputnik) media qrupunun Azərbaycandakı nümayəndəliyi ilə bağlı qərarların ardınca bu hücumlar baş verib.

APT29 və kiber izlər

“Qafqazinfo” xəbər verir ki, hücumların texniki tərəfini “Report”a şərh edən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov bildirib ki, aparılan analizlər, əldə olunan elektron kiberizlərin təhlili hücumların arxasında APT29 kimi tanınan “Cozy Bear” (digər adları “Midnight Blizzard”, “the Dukes”) qrupunun dayandığını ehtimal etməyə əsas verir. Bu qrupun Rusiya ilə əlaqəli olduğu beynəlxalq kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən dəfələrlə vurğulanıb.

Ekspertin sözlərinə görə, hücumun izləri arasında müxtəlif ölkələrə aid IP ünvanları aşkar edilib, o cümlədən Azərbaycana aid IP-lər də aşkarlanıb: “Bu isə həmin hücum zamanı zombi kompüterlərdən - yəni digər ölkələrdəki istifadəçi xəbəri olmadan idarə olunan sistemlərdən istifadə olunduğunu göstərir. Lakin IP ünvanlarının dəyişdirilə bilməsi, izlərin silinməsi imkanları səbəbindən bu izlər təkbaşına qəti sübut kimi qəbul edilə bilməz. Biz bunu İkinci Qarabağ müharibəsi dövründə sosial şəbəkələrin məhdudlaşdırıldığı zaman VPN-dən istifadə edərək kənar ölkələrin IP-lərindən istifadə kimi göstərib sosial şəbəkələrə qoşulmalarda gördük”.

E. Abbasov bildirib ki, bütün APT qrupları adətən müəyyən ölkələrin maraqlarına xidmət edir, yüksək peşəkarlığa malikdir və ən müasir texnoloji vasitələrlə təchiz olunublar.

Onun sözlərinə görə, bu qrupların əsas hədəfi fərdi istifadəçilər deyil, daha çox dövlət strukturları olur. Onlar sistemləri sıradan çıxarmağa, kritik informasiyaları ələ keçirməyə və subliminal ismarıclarla psixoloji təsir göstərməyə çalışırlar.

Kibertəhlükəsizlik milli prioritet kimi

E. Abbasov xatırladıb ki, Azərbaycanda bu yaxınlarda informasiya təhlükəsizliyi strategiyası qəbul edilib və bu sənəd ölkənin informasiya təhlükəsizliyini kompleks şəkildə tənzimləməyi qarşıya məqsəd qoyur: “Strategiyada həm kritik informasiya infrastrukturlarının, həm də digər strukturların təhlükəsizliyinə dair bir sıra tələblər və qanunvericilik təşəbbüsləri nəzərdə tutulur”.

Ekspert, həmçinin qeyd edib ki, dövlət qurumları və böyük korporasiyalar öz daxili kibersiyasətlərini formalaşdırmalı, əməkdaşların bu sahədə davamlı maarifləndirilməsini təmin etməlidirlər: “Bu məqsədlə müxtəlif dövlət dəstəkli proqramlar həyata keçirilir. Onlardan biri də Kibertəhlükəsizlik Mərkəzidir. Bu mərkəzdə təhsil alanların əksəriyyəti artıq dövlət strukturlarında kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir. Bu isə ölkədə insan resurslarının formalaşması baxımından mühüm addımdır”.

Media resursları və hibrid müharibə çağırışları

E. Abbasov, həmçinin vurğulayıb ki, müasir dövrdə istər ənənəvi, istərsə də rəqəmsal media resursları hibrid müharibələrin əsas alətlərindən birinə çevrilib. Bu səbəbdən media subyektləri kibertəhlükəsizlik sahəsində məlumatlı olmalı, öz platformalarının müdafiəsini gücləndirməlidirlər.

Onun fikrincə, bu istiqamətdə həm Medianın İnkişafı Agentliyi (MEDİA), həm də digər müvafiq qurumlar maarifləndirmə tədbirlərini genişləndirməli, texniki və hüquqi dəstək mexanizmləri yaratmalıdırlar. O hesab edir ki, müstəqil media resurslarının da bu sahədə dayanıqlılığının artırılması, onların müdafiə imkanlarının gücləndirilməsi strateji zərurətə çevrilib.

Beləliklə, qeyd etmək yerinə düşər ki, rəqəmsallaşma təkcə imkanlar deyil, eyni zamanda risklər də doğurur. Media qurumları üçün bu risklərin qarşısını almaq məqsədilə təkcə texnoloji deyil, hüquqi və institusional mexanizmlərin formalaşdırılması vacibdir. Kibertəhlükəsizlik artıq təkcə IT məsələsi deyil, bu, milli təhlükəsizliyin və informasiya müstəqilliyinin mühüm dayağıdır. Azərbaycanda bu sahədə atılan addımların davamlılığı, kadr hazırlığının gücləndirilməsi və media sektorunun bu transformasiyaya uyğunlaşdırılması yaxın illərin əsas çağırışlarından biri olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri