Icma.az
close
up
RU
Maduro: Venesuela xalqı hər cür təhdid və təcavüzə qarşı müdafiəyə hazırdır

Maduro: Venesuela xalqı hər cür təhdid və təcavüzə qarşı müdafiəyə hazırdır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Venesuela Prezidenti Nikolas Maduro xalqın təhlükələrə qarşı hazır vəziyyətdə olduğunu bəyan edib və Trinidad və Tobaqonun Venesuela sahillərinə yaxın ərazidə keçirməyi planlaşdırdığı hərbi təlimləri kəskin şəkildə tənqid edib.

Bizimyol.info xəbər verir ki, Dövlət televiziyası "Venezolana de Televisión" tərəfindən yayımlanan Bolivarian Kompleks Baza Komitələrinin (CBBI) mitinqində çıxış edən Maduro bildirib ki, “Venesuela xalqı ayıqdır və vətəni hər bir təhdiddən qorumağa tam hazırdır”. Prezident vurğulayıb ki, CBBI-nin əsas funksiyalarından biri yaşayış məhəllələrinin və yerli icmaların müdafiəsinə hazırlıqdır. Bu məqsədlə tətbiq olunan planın “Peace, Peace, Peace” (Sülh, Sülh, Sülh) adlandığını da qeyd edib.

Maduro Trinidad və Tobaqonun 17–20 noyabr tarixlərində Venesuelanın Sucre ştatına yaxın sularında hərbi təlimlər keçirmək qərarını “məsuliyyətsiz və regionun sabitliyinə təhlükə” kimi qiymətləndirib. O, ölkənin şərq bölgələrində yaşayan əhaliyə sahil təhlükəsizliyinin gücləndirilməsi və hərbi-polis əməkdaşlığının artırılması çağırışı edib.

Prezident bütün sosial, siyasi və polis strukturlarını təxribatlara uymamağa və “imperialist qüvvələrin gəmilərinin Venesuela sahillərindən dərhal uzaqlaşdırılmasını qəti şəkildə tələb etməyə” səsləyib.

Maduro bir daha bildirib ki, Venesuela son yüz ilin ABŞ-dan gələn ən ciddi işğal təhlükəsi ilə üz-üzədir. Vaşinqton Karakas hökumətini narkotik qaçaqmalçılığı ilə yetərincə mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri bu məqsədlə Karib dənizinə səkkiz hərbi gəmi, bir atom sualtı qayığı və 16 mindən çox hərbçi yerləşdirib.

Pentaqonun məlumatına görə, "Gerald R. Ford" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu noyabrın 11-də ABŞ Cənub Komandanlığının məsuliyyət zonasına daxil olaraq bölgədəki əməliyyatları genişləndirib.

"The New York Times" qəzeti yazır ki, ABŞ Prezidenti Donald Tramp MKİ-yə Venesuelada gizli əməliyyatlar aparmaq səlahiyyəti verib. ABŞ mediasının bildirdiyinə görə, yaxın vaxtlarda narkokartellərin Venesueladakı obyektlərinə qarşı zərbələrin endirilməsi ehtimalı da müzakirə olunur. Noyabrın 11-də Trampa bu istiqamətdə yenilənmiş hərbi planlar təqdim edilib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 Noyabr 2025 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see241

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see221

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see190

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see188

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see166

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see164

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see158

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see155

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see147

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see140

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see129

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see125

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri