Icma.az
close
up
RU
“Onlar oruc tutduğuna görə yox, komandanın qida qaydalarını pozduğuna görə cərimələnib!” prezident açıqladı

“Onlar oruc tutduğuna görə yox, komandanın qida qaydalarını pozduğuna görə cərimələnib!” prezident açıqladı

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hypers Quba” 2-ci liqanın 14-cü turunda “Şəmkirə” məğlub oldu (1:2).

İddialara inansaq, martın 1-də, yəni, Ramazan ayının ilk günü meydana çıxan “Hypers Quba”nın futbolçularının əksəri cərimələnib. Belə ki, klub rəhbəri Ramazan vaxtı keçirilən oyun günlərində oruc tutmamaları üçün kollektiv üzvlərinə öncədən xəbərdarlıq edib. Oyunçuların bir qismi orucunu pozmadan meydana çıxdığına görə cərimələnib.
Belə xəbərlərin nə dərəcədə doğru olduğunu klubun prezidenti Ayaz Abdullayevən soruşduq:

“Bu gün telefonum susmur, sosial şəbəkələrdə haqqımda müxtəlif fikirlər yayılır. Guya “Hypers Quba” komandasına oruc tutmağı qadağan etmişəm. Necə insansız siz?! Mən necə edə bilərəm bunu? Açıq deyirəm, belə bir şey olmayıb və ola da bilməz! Məni tanıyanlar bilir ki, heç vaxt kimsənin inancına, dininə hörmətsizlik etmərəm, əksinə, hörmətim sonsuzdu. Hələ Region Liqasında çıxış edərkən, komanda kuboku qazansa, üç nəfəri öz istəklərinə uyğun Kərbəla və Məşhəd ziyarətinə göndərəcəyimi açıq şəkildə demişdim. Dəfələrlə iftar süfrəsi hazırlatmışam, bunu da kollektivim, futbolçularım və dostlarım təsdiqləyə bilər. Hətta iftar süfrəsi verdiyim restoranlar da. Bəs nə olub? Bəli, komandada qida qaydalarına əməl etməyən 5-6 nəfəri şəxsən mən cərimələmişəm. İçlərində oruc tutan da var, tutmayan da. Amma onlar oruc tutduğuna görə yox, komandanın qida qaydalarını pozduğuna görə cərimələnib! Mən peşəkar yanaşıram, hər futbolçu intizam məcəlləsinə imza atıb. Bu da komandanın daxili nizam-intizamıdı. Qərarımı hər kəs normal qarşıladı və kimsə etiraz etmədi. O cərimələr oruc tutmaqla bağlı olsaydı, hər kəs etiraz edərdi. Əksinə, son iki gündə komandamızda əhval-ruhiyyə daha da pozitivləşib. Hər kəs gələcək oyunları düşünür. Qubada oyun günü 14 dərəcə şaxta var idi, Ramazanın ilk günü idi. Komandada sağlamlıq problemi olan futbolçular var və həkim açıq şəkildə bildirmişdi ki, bəzi oyunçular oyundan əvvəl mütləq qidalanmalıdı. Hava şəraiti ağır idi, futbolçuların sağlamlığını qorumaq bizim borcumuzdu. Həkimin göstərişinə baxmayaraq, qidalanmayan və qaydalara əməl etməyən oyunçular cərimələnib. Bu qərar sırf futbolçuların sağlamlığı və peşəkar futbol prinsiplərinə uyğun şəkildə verilib. Mən komandamı qoruyuram, futbolçuların fiziki hazırlığına, sağlamlığına görə məsuliyyət daşıyıram. Bu məsələni dinlə əlaqələndirmək absurddu. Mən heç vaxt futbolçuların inancına qarışmamışam və qarışmaram da. Biz nə ediriksə, komandamızın yaxşı performansı və oyunçularımızın sağlamlığı üçün edirik. İslam dinində müəyyən hallarda oruc tutmamaq icazəlidi və sonra qəza mümkündü. Onlardan:
1. Səfərdə olmaq – Quranda səfərdə olanların orucu sonradan tutması bildirilir (Bəqərə 2:184-185).
2. Xəstəlik və sağlamlıq problemi – Oruc sağlamlığa ciddi zərər verərsə, tərk etmək icazəlidi.
3. Ağır fiziki işlər – İslam alimlərinə görə, ağır fiziki işlə məşğul olanlar (məsələn, peşəkar idmançılar) ciddi sağlamlıq riski varsa, oruc tutmaya bilərlər.
4. Şiddətli hava şəraiti – Çox isti və ya soyuq hava da orucu çətinləşdirə bilər.
İslam dini insanın sağlamlığını qorumağı əsas tutur. Futbolçuların ağır hava və fiziki yük səbəbindən oruc tutmaması dini baxımdan tam məqbuldu və heç bir hörmətsizlik yoxdu”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Mart 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri