Icma.az
close
up
RU
ONLAR PUTİNDƏN QORXURLAR... Putin Avropa liderlərinin dəyərini çox yaxşı bilir...

ONLAR PUTİNDƏN QORXURLAR... Putin Avropa liderlərinin dəyərini çox yaxşı bilir...

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Putin artıq Ukraynada qələbə qazandığını bəyan edə bilməz".

Hurriyyet.Media  xəbər verir ki, bunu rusiyalı jurnalist, Nobel Sülh Mükafatı laureatı, "Novaya Qazeta"nın baş redaktoru Dmitri Muratov “BBC”-nin köşə yazarı Stiv Rozenberqə müsahibəsində deyib.

O qeyd edib ki, “hazırda Rusiyada əksər ictimai rəy liderləri "xarici agent", "ekstremist" və ya "terrorçu" elan edilib”: "Ən mühafizəkar hesablamalara görə, "xüsusi hərbi əməliyyat"ın başlanğıcından bəri, mövcud hökumət siyasətinə qarşı çıxdıqlarına görə ən azı 1500 nəfər həbs edilib. Bu, SSRİ-də qəddar KQB dövründəkindən üç dəfə çoxdur".

Muratov qeyd edib ki, Vladimir Putinin Rusiyanın qalib gələcəyini dəfələrlə təkrarlamasına baxmayaraq, bu, mümkün deyil: "Qələbə heç vaxt baş verməyəcək. Çünki təxminən beş ildir baş verənlər – müharibənin necə bitməsindən asılı olmayaraq - artıq qələbə sayıla bilməz. İki slavyan xalqı bir milyon, hətta daha çox insanı məhv etdiyi zaman bu, qələbə ola bilməz. Mənə elə gəlir ki, Ukrayna ilə bağlı hazırkı vəziyyət belədir: onu məhv etmək olar, amma fəth etmək olmaz. “Məhv” dedikdə nəyi nəzərdə tuturam? Nüvə silahlarının istifadəsinə qədər gedib çıxan eskalasiyanı".

“Onun başında nə baş verdiyini heç kim bilmir”

O deyib ki, nüvə silahının tətbiqini istisna etmək qətiyyən düzgün deyil: “"Putin belə düşünür" və ya "Putin bundan qorxur" deyən bütün bu politoloqların hamısı şarlatanlardır. Bu, astrologiya kimidir. Vladimir Putinin başında nə baş verdiyini heç kim bilmir. Mən də bilmirəm. Mən hadisələrə yalnız jurnalist kimi baxıram. Böyük göstəriciləri öyrənirəm. İlin əvvəlindən bəri nüvə silahlarından istifadə ehtiyacı 500 dəfədən çox qeyd olunub. Ağlını itirənlər bunu deyəndə mən buna əhəmiyyət vermirəm. Amma mən bunun dövlət televiziyasında necə müzakirə olunduğunu görürəm. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda isə bir natiq nüvə silahlarından istifadəni xoş, yaxşı bir şey kimi təriflədi".

Putinin reytinqinin düşdüyünü göstərən sorğulara baxmayaraq, Muratovun sözlərinə görə, Rusiya Prezidenti hakimiyyəti öz əlində möhkəm saxlayır: "Bağışlayın, elita arasında fikir ayrılıqları, gizli sui-qəsdlər haqqında bütün bu söhbətlərə inanmıram. Vladimir Putin ölkəni idarə edir. Onlar ondan qorxurlar və bu qorxu onun əsas dəstək bazası olan FSB tərəfindən hər cəhətdən gücləndirilir".

Muratov müsahibəsində Qərbi də kəskin tənqid edib: "Putin Avropa liderlərinin əsl dəyərini çox yaxşı bilir. Bir tərəfdən, onunla insan hüquqları haqqında danışırlar. O buna ucadan gülür, çünki digər tərəfdən, onlar Rusiya ilə neft, qaz, brilyant ticarəti ilə bağlı müqavilələr imzalayırlar. Onlar Putinlə Avropa dəyərləri haqqında danışanda, o, ucadan gülür. O, bu dəyərləri ona təbliğ edən insanların əsl dəyərini bilir".

Muratov Qərbin Rusiyadakı siyasi məhbuslarla maraqlanmadığını xüsusi vurğulayıb: "Məni hazırda ən çox narahat edən odur ki, dünyada heç kim qonşu ölkənin(Ukraynanın-red.) işğalına qarşı ilk çıxış edən siyasi məhbuslarla maraqlanmır… Biz sükutun adi hal olduğu bir dövrdə yaşayırıq. Amma çox insan bizim etdiyimizi dəstəkləyir. Moskva küçələrində həmkarlarım və mən yalnız minnətdarlıq sözləri eşidirik. Onlar (qorxudan)pıçıldayırlar. Amma buna baxmayaraq, insanların fikirləri çox vacibdir".

Xatırladaq ki, Muratova 2021-ci ildə "söz azadlığını müdafiə etmək səylərinə görə” Nobel Sülh Mükafatı verilib. Bu, cəsarətli reportajlara görə verilən mükafat idi. Lakin bu mükafat onun qəzetini qorumadı. Putinin fərmanı ilə “Novaya Qazeta”nın mətbəələri milliləşdirildi və qeydiyyatı ləğv edildi. Buna baxmayaraq, "Novaya Qazeta" hələ də onlayn variantda mövcuddur. Lakin Kreml Rusiyada onun veb saytına girişi bloklayıb…

Qeyd edək ki, son olaraq Rusiya XİN başçısı Sergey Lavrov açıq şəkildə Rusiyanın Ukraynadakı müharibəni davam etdirəcəyini və heş bir halda hazırkı cəbhə xətti boyunca dayandırmayacağını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Avqust 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri