Icma.az
close
up
RU
Onlar universitetə girməyi türmədən xilas kimi görür Psixoloqdan həyəcan təbili

Onlar universitetə girməyi türmədən xilas kimi görür Psixoloqdan həyəcan təbili

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, 600-dən yuxarı bal toplayan 10 nəfər abituriyent universitetlərin ixtisas seçimi müsabiqəsindən kənarda qalıb və heç bir ali məktəbə daxil ola bilməyib. Bu, gənclər üçün ciddi emosional sınaqdır. Abituriyent imtahanda uğursuz olduqda onlar stres, təəssüf, özünə inamsızlıq və hətta depressiya hiss edə bilərlər.

Mövzu ilə bağlı Ölkə.az-a danışan klinik psixoloq Elyaz Bornak bildirib ki, bu, bir çox gəncin yaşadığı problemdir:

"Ümumiyyətlə, bəzi valideynlər uşaqların xoşbəxt olmağına tək çarə universitet imtahanlarında uğurlu olmasını göstərir. Gənclərdə həddindən artıq təzyiq yaranır. Həyatlarının ən gözəl günlərini ancaq evdən məktəbə, məktəbdən hazırlığa, sonra da gecə yenə dərs oxuyub yatmaq olur.

Belə məqamda uşaqlar imtahanda uğurlu olmağı tək qurtuluş kimi görür. Bütün təzyiqlərdən və türmə həyatından uzaqlaşmaq üçün bircə xilas olma yolu kimi görür. Uşağın qabiliyyəti də bəlli səviyyədədir deyə, universitet imtahanını keçə bilməyəndə ümidsizlik, depressiya, təşviş və özünü kənarda qalmış hiss edir. Bəzən valideyn də bu məqamda uşağa emosional dəstək olmaq əvəzinə onları danlayaraq, müqayisə edərək daha da pis hiss etməklərinə səbəb olurlar. 

Belə valideynlər (mükəmməliyyətçi valideynlər) əgər limiti aşsa və ya uşağın üzərində yüksək dərəcədə utanc və günahkarlıq hissi yaransa, həmçinin gənc uşaq özünü bir çıxmazda görsə və artıq təlafi etmək üçün bir çarəsinin olmadığını hiss etsə, intihar cəhdləri də gənclərdə görülə bilər. Buna görə də çox önəmlidir ki, valideynlər onlara dəstək olsun və imtahanların dünyanın sonu deyil də, sadəcə həyatının balaca bir hissəsi olduğunu onlara başa salmalıdır.

Valideynlər də öz gözləntilərini azaltmalı və hər şeyin bir imtahandan ibarət olmadığını bilməlidir. Uşaqların imtahana hazırlıq ərəfəsində uşaqların əyləncə, istirahət və dostlarıyla sosiallaşmağına önəm verməlidir".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Avqust 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri