Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Psixoloqdan həyəcan təbili: Azərbaycanı səssiz epidemiya bürüyür

Psixoloqdan həyəcan təbili: Azərbaycanı səssiz epidemiya bürüyür

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Telefonlar yaxınlaşdırdı, insanlar tənhalaşdı. Vətəndaşlar görünəndən daha bədbəxtdir

Ruhi xəstəliklərin artması təkcə tibbi məsələ deyil, həm də müasir həyat tərzi, sosial münasibətlər və psixoloji yük ilə bağlıdır

Artan stress, sosial təzyiq, iqtisadi çətinliklər, tənhalıq və sürətli həyat tərzi insanların psixoloji vəziyyətinə birbaşa təsir göstərir. İnsanlar arasında psixoloji pozğunluq, depressiya və digər ruhi xəstəliklərin sürətlə yayılması artıq beynəlxalq təşkilatların və elm adamlarının ciddi narahatlığına səbəb olub. “The Lancet” nəşrinin yaydığı son məlumat da problemin miqyasını bir daha ortaya qoyur.

Məlumata görə, hazırda Yer kürəsində təxminən 1,2 milyard insan müxtəlif ruhi xəstəliklərdən əziyyət çəkir. Son 33 ildə bu rəqəmin iki dəfə artdığı bildirilir. Xüsusilə narahatlıq pozğunluqları, klinik depressiya, şizofreniya, davranış pozğunluqları və qidalanma ilə bağlı psixoloji xəstəliklərdə ciddi artım müşahidə olunur.

Mütəxəssislər hesab edir ki, psixi sağlamlıqla bağlı vəziyyətin ağırlaşması gələcəkdə həm cəmiyyətlərin sosial rifahına, həm də iqtisadi sistemlərə ciddi təsir göstərə bilər.

“CAN" psixoloji bərpa Mərkəzinin rəhbəri psixoloq Nizami Orucov Sherg.az-a bildirib ki, ruhi xəstəliklərin artması təkcə tibbi məsələ deyil, həm də müasir həyat tərzi, sosial münasibətlər və psixoloji yük ilə bağlıdır. Psixoloq son illərdə insanların həyat sürətinin artdığını, lakin emosional dözümlülüyü dəstəkləyən sosial bağların zəiflədiyini xatırladıb. Onun sözlərinə görə, insanlar texnologiya vasitəsilə daha çox əlaqədə görünsələr də, daxildə daha çox tənhalıq və anlaşılmamaq hissi yaşayırlar: “Ən böyük amillərdən biri uzunmüddətli stress və qeyri-müəyyənlik hissidir. Maddi problemlər, gələcək qorxusu, performans təzyiqi və davamlı müqayisə insan psixikasını yorur. Xüsusilə sosial şəbəkələrdə ideal həyat görüntüləri insanlarda yetərsizlik hissini artırır. İnsan daim başqalarının “ən yaxşı anları” ilə öz real həyatını müqayisə etdikdə daxili narazılıq və emosional tükənmişlik yarana bilir. Digər mühüm faktor emosional dəstəyin azalmasıdır. Əvvəllər insanlar ailə və sosial çevrə içində problemlərini daha çox paylaşırdılar. İndi isə bir çox insan hisslərini içində saxlayır və yardım istəməkdən çəkinir. Psixoloji problemlərin hələ də bəzi cəmiyyətlərdə “zəiflik” kimi görülməsi də insanların gec dəstək almasına səbəb olur. Travmaların və uşaqlıq dövrü emosional problemlərinin təsiri də çox önəmlidir. Bir çox psixoloji çətinliyin kökü erkən yaşlarda yaşanan emosional laqeydlik, təhlükəsizlik hissinin pozulması və ya davamlı stresslə əlaqəli ola bilir. Bu təsirlər bəzən illər sonra ortaya çıxır. Müasir dövrdə yuxu pozuntuları, ekran asılılığı, fiziki hərəkətsizlik və davamlı informasiya yüklənməsi də sinir sisteminə təsir edir. İnsan beyni fasiləsiz stimul altında qaldıqda emosional tənzimləmə qabiliyyəti zəifləyə bilir.

Digər tərəfdən, artımın bir səbəbi də insanların psixoloji problemləri daha çox tanımağa və diaqnoz qoymağa başlamasıdır. Yəni əvvəllər gizli qalan bir çox vəziyyət indi daha görünən hala gəlib”.

N. Orucov Azərbaycanda da psixi sağlamlıqla bağlı problemlərdə artım müşahidə olunduğunu qeyd edib:

“Rəsmi statistikalar göstərir ki, son illərdə psixi və davranış pozuntuları ilə bağlı qeydiyyata alınan insanların sayı yüksəlib. Bu artımın bir hissəsi insanların psixoloji problemləri daha çox tanıması və yardım axtarmağa başlaması ilə bağlıdır. Əvvəllər insanlar psixoloqa və ya psixiatra müraciət etməyə çəkinirdilərsə, indi psixi sağlamlıq mövzusu daha görünən hala gəlib. Amma bununla yanaşı real psixoloji yüklənmənin də artdığı görünür. Azərbaycanda xüsusilə narahatlıq pozuntuları, depressiv hallar, emosional tükənmişlik, aqressiya və asılılıq problemləri daha çox müşahidə olunur. Sosial təzyiq, iqtisadi gərginlik, işsizlik qorxusu, ailədaxili konfliktlər və gələcəklə bağlı qeyri-müəyyənlik insanların psixoloji vəziyyətinə təsir edir. Xüsusilə gənclər arasında motivasiya itkisi, tənhalıq hissi və emosional yorğunluq daha çox hiss olunur. Digər tərəfdən, cəmiyyətdə emosiyaları ifadə etməmək mədəniyyəti də problemləri dərinləşdirə bilir. Xüsusilə kişilərdə “güclü görünməlisən” düşüncəsi səbəbindən emosiyalar daha çox basdırılır və bu da aqressiya, davranış pozuntuları və asılılıq şəklində ortaya çıxa bilir. Sosial şəbəkələrin təsiri, yuxu rejiminin pozulması, davamlı informasiya axını və ekran asılılığı da sinir sisteminə mənfi təsir edən amillər sırasındadır. İnsanlar fiziki olaraq daha çox bağlı görünsələr də, emosional olaraq daha çox tənhalıq yaşayırlar. Bununla yanaşı, Azərbaycanda psixoloji dəstəyə ehtiyacın artdığı da hiss olunur. İnsanların qaynar xəttlər, psixoloji yardım və emosional dəstək barədə daha çox sual verməsi bu ehtiyacın görünən tərəflərindən biridir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 May 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri