Icma.az
close
up
RU
Onlar utanmaq hissini çoxdan itiriblər Psixoloq

Onlar utanmaq hissini çoxdan itiriblər Psixoloq

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Son illər müxtəlif mövzularda danışan insanların sırası xeyli genişlənib. Eyni adamın həm siyasətdən, həm mədəniyyətdən, həm də iqtisadiyyatdan danışdığını tez-tez müşahidə edirik.

Maraqlıdır ki, bu tendensiya sosial şəbəkələr üçün də xarakterikdir. Müharibə, futbol, musiqi, hətta qəliz iqtisadi mövzular bir çox sosial şəbəkə istifadəçisi üçün "sevimli məşğuliyyət" sayılır.

Buna səbəb nədir? İnsanları "hərşeyşünas" olmağa nə vadar edir?

Psixoloq Vüsalə Rüstəm bu mövzuda Metbuat.az saytına açıqlama verib. Vüsalə xanım deyib ki, sosial şəbəkələrdə müəyyən bir mövzuda fikir bildirmək çox asan və məsuliyyətsiz bir davranışa çevrilib: "Bəzi insanlar başları çıxdı-cıxmadi bütün mövzularda danışmağa can atırlar. Hətta bir çox adam bununla da yetinməyərək tamamilə yad olan hansısa mövzuda "ekspertlik" etməkdən çəkinmir. Buna səbəb insanın özünü göstərmək və təsdiqləmək arzusudur. Dəfələrlə şahidi olmuşuq ki, belə adamların "fikri" özlərinə oxşayan insanlar tərəfindən dəstəklənir. Bu isə onları daha da ruhlandırır. Kənar şəxslərin rəyləri əsasında özlərini dahi, çoxbilmiş hesab edirlər".

Psixoloq qeyd edib ki, bəzi insanlar reallıq hissini itirdiyi üçün özlərini vacib adam sayır, müdrik görkəm alıb hatta səthi bildikləri mövzularda da danışmaqdan çəkinmirlər: "Səfeh olduğunu anlamayanlar xoşbəxt adamlardır. Belələri utanmaq hissini çoxdan itiriblər. Onlar həm çox danışır, həm də başqalarına rəhbərlik etmək istəyirlər. Bu adamlar səthi biliklərinə rəğmən hər movzuda uzun-uzadı danışır, bunun sayəsində özlərini çoxbilmiş hesab edirlər. Psixologiyada buna "Dunning-Kruger" effekti deyilir".

Vüsalə Rüstəm qeyd edib ki, sosial şəbəkələr insanların səviyyəsini müəyyənləşdirmək üçün ən yaxşı platformadır: "Sokratın yaxşı bir sözü var. Deyir ki, ağıllı insan hər şeyi müşahidə edər, axmaq insan isə hər şeyə rəy bildirər. Sokratın bu fikri çox dərindir. Ağıllı insanlar əvvəlcə hər şeyi görür, analiz edir, sonra danışır, axmaq isə əvvəlcə danışır, sonda isə görə də bilər, görməyə də. Axmaqlar çox zaman impulsiv qərar verir, analiz etmir. Nə gəldi yazır və danışır. Onlara cəsarət verən isə sosial şəbəkələrdə hökm sürən rahatlıqdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Mart 2026 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri