Icma.az
close
up
RU
Onların fitrə verməsi vacib deyil

Onların fitrə verməsi vacib deyil

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ramazan ayında fitrə verməyin orucun qəbul olunması ilə bağlı rolu müzakirələrə səbəb olub.
İlahiyyatçı Tural İrfan Demokrat.az-a açıqlamasında bildirib ki, fitrə vermək imkanı olmayanların, yaxud fitrəni bilərəkdən tərk edənlərin orucunun qəbul olmaması ilə bağlı deyilənlər cəfəngiyyatdır və nə əqli, nə də nəqli əsası yoxdur:
"İbadəti qəbul edən yalnız Allahdır. Kimin ibadətinin qəbul olduğunu, kimin ibadətinin qəbul olmadığını yalnız Allah bilir. Lakin imkanı olduğu halda fitrəni tərk edənlər günah qazanırlar, buna baxmayaraq, bu günah onların bir ay tutduqları orucu batil etmir. Cəmiyyətdə belə bir yanlış anlayışın geniş yayılmasını düşünmürəm, sadəcə bəzən din adı altında çıxış edənlər insanları yanıltmış olurlar".
İlahiyyatçı bildirib ki, islam hüququ baxımından izah etmək lazımdır ki, müsəlman orucun və fitrənin Allah tərəfindən fərz qılındığına iman edərək Ramazanın sonunda sadəcə səhlənkarlıq və ya ciddi yanaşmamaq səbəbilə fitrə verməzsə, o yalnız günah qazanır, tövbə etsə, bağışlanar.
"Əgər oruc tutub sonda fitrənin vacib olmadığını düşünərsə və bu əməlini dində yerinə yetirmədiyini qəbul edərsə, imanına xələl gəlir, fasiq və sonra asi müsəlman hökmünə daxil olur və tutduğu oruc ziyana gedir. Çünki Allahın hökmünə qarşı çıxmış olur. Belə halda tövbə edib səhvini düzəltmək və orucunun qəzasını tutmaq vacibdir. Hazırda oruc tutan müsəlmanların böyük əksəriyyətinin fitrə zəkatı verməsi vacib deyil. Maddi imkanları məhdud olan ailələr üçün fitrə vermək vacib deyil, əksinə, imanlı və imkanlı müsəlmanlar bu cür ailələrə sədəqə və fitrə verməklə maddi yardım etməlidirlər" - o, bildirib. 
Qeyd edək ki, fitrə vermək orucun qəbulunun şərti deyil, lakin imkanlı müsəlmanlar üçün sosial məsuliyyət və xeyriyyə məqsədi daşıyır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2026 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri