“Sabah” niyə uduzdu? “Diqqətsiz oynadıq”
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Norveçin "Vikinq" klubuna 1:4 hesabı ilə uduzmadan danışıb.
“Yeni Sabah” xəbər verir ki, litvalı mütəxəssis komandasının hazırlıq səviyyəsini və meydandakı mübarizəsini qiymətləndirərək məğlubiyyətin əsas səbəblərini sadalayıb:
"Bura Çempionlar Liqasıdır və görüşlər çətin keçir. Biz Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik. İlk hissədə tamamilə bərabər səviyyədə oyun izlədik. Hər iki komanda əlinə düşən qol fürsətlərindən yararlandı. İkinci hissədə isə bir qədər açıq oyuna şahidlik etdik". pizza
Baş məşqçi ikinci yarıdakı səhvlərə və qırmızı vərəqə epizoduna toxunub:
"İkinci hissədə hücuma keçərkən bir qədər diqqətsiz oynadıq və çoxlu səhvlərə yol verdik. Bir toxunuşla ötürmələrə həddindən artıq üstünlük verərək oyunu çətinləşdirdik, səhvlərə yol verərək topu itirdik. Qırmızı vərəqə ilə nəticələnən epizod da belə baş verdi. Qeyri-dəqiq ötürmə etdik və top birbaşa rəqibə yönəldi.
"İndi yolumuza davam etməli və səhvlərimizdən nəticə çıxarmalıyıq. Hesabın oyunun gedişinə uyğun olmadığını düşünürəm. Meydandakı mübarizəni nəzərə alsaq, hesab fərqi bir qədər böyük oldu. Dediyim kimi, bura Çempionlar Liqasıdır və səviyyə tam başqadır. Kiçik bir səhvlə qapımızda qol görə bilərik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 05 Noyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















