Icma.az
close
up
RU
Onların hamsınını bir adı var ilxı üzvü

Onların hamsınını bir adı var ilxı üzvü

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu gün Avropanın, Amerikanın müxtəlif şəhərlərində küçələri it ilxısı kimi dolaşanlar var. Özlərini bloger, jurnalist, hüquq müdafiəçisi kimi təqdim edirlər. Lakin onların fəaliyyətinə sistemli şəkildə baxdıqda fərqli mənzərə ortaya çıxır. Harada Azərbaycan adı eşidirlərsə, onun üstünə nifrətlə gedirlər. Harada dövlət nümayəndəsi görürlərsə, kamera hücum edirlər. Harada milli maraqlar müdafiə olunursa, orada qarayaxma kampaniyası aparırlar.

Bu mənzərə artıq ayrı-ayrı şəxslərin davranışında görünmür, əslində informasiya müharibəsinin klassik elementlərini özündə ehtiva edən koordinasiyalı fəaliyyət modelidir. Birmənalı şəkildə demək olar ki, həmin ünsürlər illərlə hazırlanan informasiya savaşının canlı piyadaları kimi çıxış edirlər. Onlar düşünürlər ki, sosial şəbəkədə çəkilən bir video dövləti sarsıdacaq, YouTube-da, TikTok-da, Facebook-da səsləndirilən söyüşlər xalqın yaddaşını dəyişəcək.

İlxı hardan bilsin ki, tarix bunun əksini sübut edib. Dövlət “like”larla qurulmur. Millət “baxış sayı” ilə yaşamır. Tarixdə Vətənə xidmət edənlər qalır, “trend” olanlar yox olur.

İlxı kimi xarici ölkələrin küçələrində sülənən, adını, soyadını utanca çevirən insanlar haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Əslində onların adını, soyadını bilmək də lazım deyil. Çünki müxtəlif adlar daşısalar da, mahiyyət etibarilə eyni xəttin təmsilçiləridirlər. Onların hamısının adı Azərbaycan düşməni, Vətən xainidir.

Təəssüflə belə qənaətə gəlmək olur ki, hər adı, soyadı azərbaycanlı olan azərbaycanlı deyil. Halbuki biz illərlə adı, soyadı azərbaycanlı olan insanlara hörmət və sevgi ilə yanaşmışıq.

Ən ağır xəyanət Vətənin çörəyini yeyib, sonra onun adına daş atmaq, öz xalqınla onun düşmənlərinin dili ilə danışmaqdır. Ən ağır xəyanət doğma torpağın adını yad meydanlarda alver predmetinə çevirməkdir.

Bu gün dünya yeni siyasi mərhələdən keçir. Qlobal güclər arasında geosiyasi rəqabət dərinləşir. Maliyyə böhranları, iqtisadi müharibələr, enerji təhlükəsizliyi, informasiya manipulyasiyası və hibrid təhdidlər beynəlxalq münasibətlər sistemini yenidən formalaşdırır. Hətta dünyanın ən böyük dövlətləri belə bu mürəkkəb geosiyasi labirintdən çıxış yolları axtarırlar.

Belə bir şəraitdə Azərbaycan tarixi ədaləti bərpa edib. Otuz il işğal altında qalan torpaqlar azad olunub. Regionun siyasi xəritəsi dəyişib. Azərbaycan indi prosesləri müəyyənedicilərindən biridir. Əlbətə ki, bu, siyasi iradənin, diplomatik peşəkarlığın, milli həmrəyliyin və dövlət institutlarının koordinasiyalı fəaliyyətinin nəticəsidir.

Məhz buna görə də Azərbaycanı zəiflətmək istəyən dairələrin əsas məqsədi dövlətə ictimai etimadı sarsıtmaq, milli həmrəyliyi zəiflətmək və informasiya məkanında psixoloji təsir yaratmaqdır. Bu baxımdan qarayaxma kampaniyaları, dezinformasiya, manipulyasiya və informasiya təxribatı hibrid müharibənin alətlərinə çevrilib.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycana gələn xarici jurnalistlərlə söhbətlərim bu gün də yadımdadır. Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşlərdən sonra çay süfrəsi arxasında onlar mənə dedilər ki, sizin üstünlüyünüz yalnız neft deyil. Ən böyük üstünlüyünüz milli maraqları müdafiə edən peşəkar dövlət kadrlarınızdır.

Bu sözlər tərif üçün deyilmirdi və həmin jurnalistlər tərif deyən deyillər. Bu, kənardan görünən reallığın qiymətləndirilməsi idi. Həmin fikirləri eşitmək Azərbaycanla, milli kimliyinlə və dövlətin peşəkar kadr potensialı ilə qürur duymağa əsas verirdi.

Bu gün həmin dövlət adamları xarici ölkələrə səfər edən kimi ilxı peyda olur. Əllərində telefon, kameralarını işə salırlar. Sanki görünməz rejissor “Motor!” əmri verən kimi eyni ssenari təkrarlanır. Eyni ittihamlar, eyni böhtanlar, eyni nifrət ritorikası. Hesab etmək olar ki, bu, informasiya müharibəsinin təkrarlanan metodologiyasıdır.

Onlar Azərbaycanı zəif göstərməyə çalışdıqca, əslində öz arqumentsizliklərini nümayiş etdirirlər. Güclü arqumenti olan insan qışqırmır. Faktı olan insan manipulyasiyaya ehtiyac duymur. Vicdanı olan insan öz xalqını xarici meydanlarda alçaltmır.

Dövlət adamları xaricdə qarşılaşdıqları azərbaycanlını dinləyir, onun problemləri ilə maraqlanır. Milli maraqların müdafiəsi dövlətçilik ənənəsinin əsas elementidir. Bu ilxı isə ağzına gələni danışır.

Bu gün sosial şəbəkələrdə milyonlarla baxış toplamaq mümkündür. Lakin baxış sayı tarix yazmır. Tarixi yazan milli məsuliyyət, dövlətçilik təfəkkürü və Vətən qarşısında yerinə yetirilən xidmətdir.

Azərbaycanın gələcəyi informasiya təxribatı üzərində deyil, milli birlik, peşəkar dövlət idarəçiliyi, güclü institutlar və Vətənə sədaqət üzərində qurulur. Tarix isə hər zaman eyni həqiqəti təsdiqləyir: milli maraqların yanında dayananlar qalır, qalanları isə zamanın səs-küyü ilə birlikdə unudulur.

Elnur ƏMİROV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 İyul 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri