Onların iş və istirahət rejimi təsdiqləndi
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsi və “Aviasiya haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
“Aviasiya haqqında” qanuna dəyişikliyə əsasən, uçuş iş vaxtı hava gəmisinin heyət üzvünün bir və ya bir neçə ardıcıl uçuşun həyata keçirilməsi üçün hava limanına gəldiyi vaxtda (hava gəmisinin istismarçısı tərəfindən müəyyən edilən) başlayan və son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər olan müddədir.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdiriləcək:
- istənilən 7 (yeddi) ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 14 (on dörd) ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal iş saatı;
- istənilən 1 (bir) təqvim ili ərzində maksimal iş saatı.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:
- istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal uçuş saatı;
- istənilən 1 (bir) təqvim ili ərzində maksimal uçuş saatı;
- istənilən ardıcıl 12 (on iki) təqvim ayı ərzində maksimal uçuş saatı.
Əmək Məcəlləsinə də uyğunlaşdırıcı xarakterli dəyişikliklər edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 17 Noyabr 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















