Icma.az
close
up
RU
“Onların işi təkcə kino çəkmək deyil”

“Onların işi təkcə kino çəkmək deyil”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Müasir rəqəmsal mühitdə irsin qorunması birbaşa rəqəmsallaşma ilə bağlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Kino Agentliyinin baş direktoru Rəşad Əzizov Antalyada “Mədəniyyət sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi: əməkdaşlıq imkanları və perspektivləri” adlı panel müzakirəsi zamanı səsləndirib.

O, mədəni irsin qorunması və rəqəmsallaşmanın əhəmiyyətindən danışarkən bildirib ki, bu gün bütün qabaqcıl texnologiyaların əsasını data – yəni məlumatlar təşkil edir:

“Süni zəka da yalnız məlumat bazası üzərindən öyrənmə aparır. Əgər biz istəyiriksə ki, milli-mədəni irsimiz gələcəkdə də əksini tapsın, bu zaman mütləq şəkildə məlumatların toplanması, düzgün saxlanması və qorunması təmin edilməlidir. Bu proses fasiləsiz olmalı, müxtəlif klasterlərdə sistemli şəkildə aparılmalıdır. Hazırda bu istiqamətdə qanunvericilik bazası formalaşıb və hər klaster üzrə praktiki işlərə başlanılıb”.

R. Əzizov qeyd edib ki, bu sahədə fəaliyyət yalnız dövlətin üzərinə düşmür, inkişaf artıq ənənəvi idarəetmə modelindən ekosistem yanaşmasına keçidi tələb edir: “Bu o deməkdir ki, prosesin iştirakçıları yalnız dövlət qurumları deyil - burada siyasəti formalaşdıran nazirliklər, tənzimləyici qurumlar (məsələn, Kino Agentliyi), qeyri-hökumət təşkilatları, akademik mühit və sahibkarlar da yer almalıdır.  Sahibkarların işi təkcə kino çəkmək və ya musiqi istehsal etmək deyil, eyni zamanda bu kimi platformalarda aktiv iştirak etmək, rəqəmsal mühitin formalaşmasına töhfə verməkdir. Dövlət ilkin mərhələdə resurs ayıraraq mühit və imkanlar yaradır, lakin növbəti mərhələdə bu proses bazar iqtisadiyyatı və rəqabətyönümlü mühitdə davam etməlidir.

Müasir rəqəmsal alətlər beynəlxalq təcrübənin ölkəmizə daha qısa zamanda gətirilməsinə imkan yaradır. Bu da həm fərdi təşəbbüslərlə, həm də institusional səviyyədə mümkün olur. Düşünürəm ki, məhz bu iki amil - rəqəmsallaşma və ekosistem yanaşması - hazırda prosesin əsasında dayanan ən vacib faktorlardır”.

Lamiyə Məmmədova


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri