Icma.az
close
up
RU
“Onların itirəcəyi heç nə yoxdur” Ayxan Abbasov

“Onların itirəcəyi heç nə yoxdur” Ayxan Abbasov

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteynlə sabah keçiriləcək UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunun oyunu öncəsi fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis qələbənin vacibliyini vurğulayıb və rəqibin motivasiyalı olduğunu bildirib:

“Qrupda ikinci oyunumuzu keçirəcəyik. Əgər birinci yeri tutmaq istəyiriksə, qalib gəlməliyik. Rəqibi yaxşı tanıyırıq. Motivasiyalı komandadır, itirəcəyi heç nə yoxdur və mübarizə aparacaq. Onların müdafiəsini yarmağımız lazımdır. Qalib gəlmək istəyi ilə tələskənliyə yol versək, hər şeyi düzgün analiz etmədən və oyunumuzu doğru qurmadan meydana çıxsaq, çətinliklərlə üzləşə bilərik. İnanıram ki, futbolçularımız yaxşı oyun göstərəcək və qalib gələcəyik”.

- Heyətdə zədəli futbolçular var?

- Litva ilə oyundan sonra bir neçə futbolçumuzda xırda zədələr oldu. Ümid edirəm ki, bu gün məşqdə hamısı hazır olacaq. Amma Renat Dadaşovu itirmişik. Məlum oldu ki, bu oyunda bizə kömək edə bilməyəcək. Digər futbolçularda da kiçik zədələr var. Amma oynaya bilməyəcək qədər ciddi deyil. Hamı meydana çıxmaq istəyir. Bu da bizi sevindirir.

- Litvadakı matçdan sonra komandanın oyununda nə dəyişiklik etmək istəyirsiniz?

- Hər oyunda rəqibə uyğun analiz aparırıq. Bunlar fərqli komandalardır. Litva və Lixtenşteyn tamamilə fərqli futbol oynayır. Bu görüşdə onların müdafiəsini yarmaq və hücumlarımızı daha yaxşı başa çatdırmaq vacib olacaq. Artıq üç məşqdir bunun üzərində işləyirik. İnanıram ki, bizə lazım olan qolları vuracağıq. Rəqibin ən güclü tərəfi əks-hücumlardır.

- Avropada, dünyada zəif komanda yoxdur. Gözlənilməz vəziyyətə hazırsınız?

- Düz qeyd edirsiniz. Millilər arasında zəif rəqib olmur. Hamı xal qazana bilir. Biz hazırlıq dövründə də qeyd etmişdik ki, Millətlər Liqasında rəqiblərə qarşı çox hücum etməliyik, dominant oynamalıyıq. Bundan əvvəlki oyunlarda bu az idi. Çünki rəqiblər Fransa və Ukrayna idi.

- Sizcə, sabah azarkeşlər milliyə dəstək olacaq?

- Milliyə dəstək lazımdır. İnanıram ki, azarkeşlər stadiona gələcək. Futbolçular da bu stadionda oynamağı sevirlər. Ümid edirəm ki, azarkeşlər bizi dəstəkləyəcəklər.

- Zamiq Əliyev milliyə dəvət olunmayıb. Onunla bağlı fikriniz necədir? 

- Bütün futbolçular müsahibə verirlər və mən həmişə onları haqlı hesab edirəm. Hamı milli komandada oynamaq istəyir. Amma yəqin ki, Zamiq bizim onun bütün oyunlarını izlədiyimizi bilmir. Hər turun sonunda xaricdə çıxış edən futbolçuların oyunlarına baxıram. Zamiq də diqqətimizdədir. Hazırda onun mövqeyində Anton Krivotsyuk, Rəhman Daşdəmirov və Murad Xaçayev var. Onlara üstünlük vermişik. Amma bu, Zamiqdən razı olmadığımız anlamına gəlmir. Ola bilsin, sabah ona da dəvət göndərilsin. Onunla bağlı heç bir şəxsi problem yoxdur.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://qol.az
archiveBu xəbər 30 Sentyabr 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri