Icma.az
close
up
RU
Onların oğurladıqları ilə bir neçə dövlət proqramını icra etmək olar

Onların oğurladıqları ilə bir neçə dövlət proqramını icra etmək olar

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.

Prezident çıxışında bildirib ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı icra ediləcək.

Bu isə böyük vəsait deməkdir. Məlumata görə, bu proqramlar iki mənbədən- Büdcə və xarici kreditlərin cəlb olunması hesabına maliyyələşdiriləcək.

Ekspert Elçin Rüstəmli isə Gununsesi.info-ya deyir ki, Azərbaycanda uzun illər su təsərrüfatına rəhbərlik edən şəxslər bu sahənin ağır duruma salıb.

“Tam səmimi deyirəm ki, Su təsərrüfatına və Azərsu ASC-yə vaxtı ilə rəhbərlik etmiş şəxslərin yığdıqları var-dövlət hesabına yeni proqramları icra etmək olar.

Təkcə keçmiş “Azərsu”nun yığılmış zərəri 8 milyard manatdan artıqdır. Görün, nə qədər çırpışdırıblar. Qorxmaz müəllimin və ətrafının şirkətləri, villaları saya-hesaba gəlmir.

Vaxtı ilə büdcədən və xarici maliyyə qurumlarından yüz milyonlarla manat investisiya almış Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş  sədri Əhməd Əhmədzadənin qohumlarının sorağı Londondan, Parisdən gəlir, ölkənin şimal rayonları da uzun illər onların nəzarətində olub.

Onların yığdıqlarını toplasan 3-4 dövlət proqramını icra etmək olar”.

Afət Abbasova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Yanvar 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri