Icma.az
close
up
RU
“Onların özlərinə lazım olanda kəndlidən 5 10 baş “quzu payı” alır” Ekspert məmurları TƏNQİD ETDİ

“Onların özlərinə lazım olanda kəndlidən 5 10 baş “quzu payı” alır” Ekspert məmurları TƏNQİD ETDİ

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Xaricdən gətirilən ətlər ölkədəki fermerlərin vəziyyətini çətinləşdirir və onları ciddi problemlərlə üz-üzə qoyur. Ölkəmizdə fermer fəaliyyəti, xüsusilə qoyunçuluq və maldarlıqla məşğul olan şəxslərin böyük bir hissəsinin məmur əlaqəli insanlar olduğu da məlumdur ki, bu da bölgələrdə rəqabət mühitini demək olar ki, aradan qaldırır.

Ferma sahələrində əvvəllər 5-10 min baş mal-qara saxlanılırdısa, indi bu say 400-500-ə qədər enib. Daha sonra belə məlumatlar yayılır ki, dabaq xəstəliyi ortaya çıxıb və müəyyən bölgələrin ətində problem var. Ümumilikdə, bu məsələlərlə bağlı yayılan şayiələr və mövcud vəziyyət həm fermerlər, həm də əhali üçün sual doğurur: Bu problemlərlə necə mübarizə aparmaq olar və onları necə həll etmək mümkündür?

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Avtosfer.az-a açıqlamasında bildirib ki, heyvandarlıqda xəstəliklərdən, xüsusilə son zamanlar yayılan dabaq xəstəliyindən yaranan itkilər də nəzərə alınsa, heyvanların baş sayının kəskin azalması kəndlilər üçün ciddi zərbədir:


“Adamlar gücdən düşüb, zülm və əzab içində qalıb. Örüş sahələrini əllərindən alan məmurların ucbatından işlərini səmərəli qura bilmirlər.

Uzun illərdir hökumətə deyirik ki, problem var və bu problem araşdırılıb həll olunmalıdır. Problem nədən qaynaqlanır? Birincisi, örüş ərazilərinin kəskin şəkildə azalmasından. Məmurlar həmin əraziləri mənimsəyib, özləri üçün villalar tikiblər, biznes qurublar. Digər tərəfdən, qlobal istiləşmənin təsiri ilə örüş sahələrində məhsuldarlıq aşağı düşüb.

Nə etmək lazımdır? Birincisi, məmurlar tərəfindən mənimsənilmiş örüş sahələri geri qaytarılmalı, tikililər sökülməli və həmin ərazilərdə ümumiyyətlə tikinti və əkinə icazə verilməməlidir. Həmin sahələr yenidən bərpa olunaraq kəndlilərin istifadəsinə verilməlidir. İkincisi, məhsuldarlıq aşağı düşən, seyrəklik yüksək olan örüş ərazilərində yemləmə və suvarma işləri təşkil edilməli, növbəli otarma sistemi yaradılmalıdır. Belə olanda məhsuldarlıq artacaq və həmin ərazilər heyvandarlıq üçün yararlı olacaq.

Biz bunları illərdir deyirik. İndi isə sərhədlər açılıb — Monqolustandan, Pakistandan, İspaniyadan, Rusiyadan, Ukraynadan heyvan əti və kəsim üçün diri heyvanlar gətirilir. Elə bir ölkə qalmayıb ki, bizə ət və diri heyvan göndərməsin. Bu isə kəndlilərin problemini həll etmir, əksinə, onları daha da çətin vəziyyətə salır.


Ət bahadır. Deyirik ki, səbəb yemin qiymətinin yüksək olması və yem çatışmazlığıdır. Buna görə də ət baha başa gəlir. Fermerin problemi olmasa, yem ucuz olsa, örüş sahələrində məhsuldarlıq yüksək olsa, inandırım sizi, fermerlər ətin qiymətini artırmaq istəməzlər. Onlar daha çox istehsal edib dövriyyənin hesabına qazanclarını artırarlar. Çünki bilirlər ki, ətin qiyməti artanda alıcılıq qabiliyyəti aşağı düşür və heyvanı satmaq çətinləşir. Bu baxımdan qiymətin baha olması onlara sərf etmir.

Təəssüf ki, uzun müddətdir bunu desək də, həm Kənd Təsərrüfatı Nazirliyində, həm də Nazirlər Kabinetində bu məsələ ilə bağlı ciddi dinləmə və tədbir olmayıb”.

Ekspert əlavə edib ki, fermerlərə kömək edilməsi ölkənin həm kənd təsərrüfatının, həm də ümumilikdə iqtisadiyyatının inkişafı üçün çox vacibdir:
“Suvarma suyu təşkil olunmalı, içməli su ilə təmin edilməli, elektrik verilişində güzəştlər edilməli, dərman preparatlarını əldə etmək üçün müəyyən mərhələyə qədər subsidiyalar verilməlidir. Daha sonra, onlar işlərini qurub məhsuldarlığı artırdıqdan sonra müəyyən vergi də tətbiq etmək olar.

Məmurlar fermerlərin yanında olmalı və onları dinləməlidir. Mən bir dəfə də olsun Nazirlər Kabinetinin sədrinin regionlarda fermerlərlə görüşdüyünü görməmişəm. Nə müavinlərini, nə də digər məsul şəxsləri heyvandarlıqla məşğul olanlarla bir arada görmüşəm. Onlar yalnız özlərinə quzu lazım olanda xırda məmurlar vasitəsilə kəndlidən, fermerdən 5-10 baş quzu "payı" alırlar. Halbuki bir qəpiklik yardım etməyiblər. Yetişdirilmiş quzulara belə şərik çıxırlar.

Bu cür ədalətsizlik kəndlilərdə ciddi narazılıq yaratdığı üçün kəndlər boşalır. Heyvandarlıqla məşğul olanlar təsərrüfatı ya təhvil verir, ya da başlı-başına buraxıb şəhərə köçürlər.

Uzun müddətdir deyirik ki, şəhərə gələn bu adamlar geri qayıtmayacaq. Nə etmək lazımdır? Rayonda və kənddə şərait yaratmaq lazımdır. Suvarma sistemi qurulmalıdır. 20 ildən çoxdur deyirik ki, kəndlərə dayanıqlı su verilməlidir. Bunun yollarını və dünya təcrübələrini də göstəririk.


Əgər kənddə işləmək üçün şərait olsa, inandırım sizi, Bakıda yaşayan kəndlilərin böyük əksəriyyəti kəndinə qayıdar. Bakı şəhərində iki milyondan çox kəndli yaşayır. Mənim yaşadığım binada altı ailə var, üçü kirayədir və üçü də kənddən gələnlərdir. Yəni insanlar şərait olsa, kənddə yaşamağa üstünlük verərlər”.
Vahid Məhərrəmov onu da qeyd edbi ki, hazırda yediyimiz çörək xaricdən gətirilən buğdadan üyüdülmüş undan hazırlanır:

“İndi ət, süd, kərə yağı, çay hamısının idxalı artıb. Azərbaycan il ərzində 400 milyon dollar dəyərində heyvandarlıq məhsulları idxal edir: süd, ət, kərə yağı və kəsim üçün gətirilən diri heyvanlar. Təkcə bu ilin 10 ayında 130 milyon dollar dəyərində diri heyvan idxal olunub. Bu isə o deməkdir ki, yerli heyvanlar sıradan çıxır.

Nə qədər ət gətirilsə də, əhali yenə də yerli ətə üstünlük verir, çünki dad və keyfiyyət fərqlidir. Bütün məhsullar istehlakçının zövqünə uyğun yetişdirilməlidir.”

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Noyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see299

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see210

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see159

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see137

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see132

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see125

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see121

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see120

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see120

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see120

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see120

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri