Icma.az
close
up
RU
Onların qulağını kəsir, plaşla yatır, cibinə isə… Nadir Şahla bağlı ilginc bilgilər

Onların qulağını kəsir, plaşla yatır, cibinə isə… Nadir Şahla bağlı ilginc bilgilər

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

“İngilis səyyahı və taciri Conas Hanvey 1743-cü ildə Əfşar imperiyası və Rusiyaya səfər edib, 1750-ci ildə Londona qayıdıb. Onun 1753-cü ildə nəşr olunan “The Revolutions of Persia” adlı ikicildlik əsəri dövrün maraqlı tarixi mənbələrindən biri hesab olunur. Kitabın ikinci cildi 622 səhifədən ibarətdir”.

Turkustan.az xəbər verir ki, bu barədə tarixçi-alim Zaur Əliyev yazıb.

Onun sözlərinə görə, müəllif kitabında Nadir Şahı belə təsvir edib:

“Nadir Şahın boyu 6 futdan (təxminən 1.83 metr) hündür idi. Əzəmətli xarakterə malik şahın bədəni mütənasib və çox güclü formaya malik olub. Günəş və hava onun üzünə kişi görkəmi bəxş edib. Qeyri-adi dərəcədə yüksək səsi yüz metrə yaxın məsafədə belə adamlarına əmr verməsinə şərait yaradırdı. O, şərabı mülayim şəkildə içirdi, yeməkləri sadə idi, xanımlarla keçirdiyi vaxt olduqca məhdud idi. Dövlət işində iştirakı tələb olunanda, süfrədən imtina edir, aclığını cibində daşıdığı qovrulmuş noxudla və bir stəkan su ilə yatırırdı. İstər düşərgədə, istərsə şəhərdə, demək olar ki, daim ictimaiyyətlə ünsiyyətdə olurdu. Ordusunu özü yetişdirir, maaş verir, geyindirirdi. Xüsusilə də əsgərlərinə qarşı son dərəcə səxavətli olub və xidmətində fərqlənənlərin hamısını mükafatlandırıb”.

Zaur Əliyevin sözlərinə görə, müəllif Nadir Şahın sağlamlığına və güclü yaddaşına diqqət çəkib:

“Ağır cinayətlər törədənlərin hamısını ölümlə cəzalandırır və kiçik olanların qulaqlarını kəsirdi. O, günahkarı heç vaxt bağışlamırdı. Yürüşdə və ya meydanda adi bir əsgərin yeməyi, içməyi və yatması ilə daima maraqlanır və bütün zabitlərini eyni sərt nizam-intizamla məşğul olmağa məcbur edirdi. Şah o qədər dözümlü idi ki, şaxtalı gecələrdə belə torpağın üzərində yalnız plaşına bürünərək, yəhərini yastıq kimi istifadə edib yatırdı. Dövlət işləri ilə bağlı şəxsi söhbətlərə qətiyyən yol vermirdi. Ən təəccüblü məqam isə onun yaddaşı idi – tabeliyində olan əsgərlərin əksəriyyətini üzdən tanıyır, onların nə vaxt və nə səbəbdən cəzalandırıldığını və ya mükafatlandırıldığını xatırlayırdı. Çoxsaylı döyüşlərdə şəxsən iştirak etsə də, heç vaxt yara almamışdı. Buna baxmayaraq, altında olan bir neçə at öldürülmüş, güllələr isə yalnız bədənini cızıb keçmişdi”./globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 İyun 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri