Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? Azərbaycanda bədii redaktor problemi

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Orxan Həsəninin "Bədii redaktə bəlası" yazısını təqdim edir.


Əsər yazılanda yox, redaktə edildikdə doğulur.
Milan Kundera

Yazıya başlamazdan öncə çap olunan üç kitabımla bağlı bədii redaktə təcrübələrimi yadıma saldım. Proses aşağıdakı mərhələlərdən ibarətdir:
Birinci mərhələ, əsəri yazıb bitirirəm və qane oluram ki, redaktora verilməyə hazırdır.
İkinci, zövqünə güvəndiyim redaktor tapıram. Redaktor bazarımız, əsasən, yaşını-başını almış, dili yaxşı bilən, ədəbi avtoritet sahibi yazıçılardır.

Təəssüf ki, peşəkar bədii redaktor tapılmadığından bu işi öz çiyninə dolanışıq dərdi ilə çalışıb-vuruşan yazıçılar götürüblər.
Halbuki, yazıçılıq və redaktorluq fərqli peşələrdir və çox zaman bu peşələrin bir-birinin ərazisinə daxil olması əsərə zərər vurur.
Redaktor redaktə etdiyi əsərdə görünməz olmalıdır. O, müəllifin beyninin içinə girməli, həyatı, eləcə də əsəri onun gözləriylə görməlidir. Müəllifin ifadə etmək istədiklərini daha səlis, daha lakonik, daha bədii formaya salmaq bədii redaktorun borcudur.
Ancaq yazıçı-redaktorların əksəriyyəti bu keyfiyyətdən xali deyillər. Onlar redaktə etdikləri əsərə öz ədəbi qənaətləri ilə yanaşır, müəllifi bu qənaətlər əsasında qiymətləndirir və istiqamətləndirirlər.
Məsələn, kimsə özünü kənd nəsrinə yaxın hiss edir, beləliklə, kəndlə yaxından-uzaqdan əlaqəsi olmayan əsəri kənd nəsri üçün xarakterik sözlərlə “bəzəyib-düzəyir”.

Kimsə özünü realist nəsrə "qohum bilir", beləcə, realist nəsrlə yaxından-uzaqdan əlaqəsi olmayan əsəri bu formaya salmağa çalışır.
Nəticədə nə baş verir? Müəllifin niyyəti redaktorun qeyri-peşəkar diqtəsi ilə duman içində itir, inkişaf etmək, əsəri əhatələmək yerinə aradan çıxır. Əsər öz kökünü itirir.
Üçüncü, məbləği danışıram. Standart yoxdur deyə, qiymət razılaşdırılma əsasında müəyyən olunur. Düzəlişlər, əsasən, dil ətrafında olduğu üçün əsərin dilinin yüngül-ağırlığı, redaktorun mətnin üstündə çox-az zəhmət çəkməsi ödənişə təsir edir. Redaktor mətnlə tanış olandan sonra təklifini verir.
Dördüncü, redaktor işə başlayır. O, mətnin cümlələrini düzəldir, yerinə düşməyən sözləri müvafiq kəlmələrlə əvəzləyir, hətta bəzən korrektə işini görür və beləliklə, işini bitmiş hesab edir.
Demək, mətn çapa hazırdır.
Mənim çap olunan üç kitabım ətrafında gedən redaktə prosesləri, ümumən, Azərbaycandakı ədəbi mühit üçün tanış mənzərədir və qəribəsi budur ki, hamı bu natamam, xəstə münasibətə qane olub.

Bir sözlə, müstəsna qeyri-peşəkarlıq, müstəsna həvəskarlıq.

Sanki redaktorun vəzifəsi bundan ibarətdir.
Redaktorun işi təkcə bu deyil.
Bəs nələrdən ibarətdir?
Yaxşı redaktorun düzəlişləri nəticəsində əsər ideya və struktur baxımından bütövləşir. Redaktor əsərin ideyasını mərkəzləşdirir, “əsər nədən danışır?” sualına aydınlıq gətirir. Əgər süjetdə ziddiyyət, boşluq, təkrar, dağınıqlıq varsa, bədii redaktor bunu düzəldir.
Hamımızın sevərək oxuduğumuz, haqqında bəh-bəhlə danışdığımız Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanının ilkin versiyasında çoxlu əlavə xətlər, yan hekayələr var idi. Lakin redaktor yalnız ailə xəttini saxlamış, əlavə hissələri çıxdaş eləmişdi və nəticədə, roman oxucu üçün daha aydın formaya gəlmişdi.
Redaktorun ikinci vəzifəsi dil və üslubun cilalanmasıdır. Bizim redaktə təcrübəsində yuxarıda ifadə elədiyim kimi yalnız bu öhdəlik natamam şəkildə yerinə yetirilir.

Redaktorlar elə düşünür ki, onların yeganə vəzifəsi cümlə düzəltməkdir.
Bu vacibdir, ancaq kifayət deyil.
Cümlə düzəltməkdən əlavə redaktor mətni səslənmə, axıcılıq baxımından cilalamalıdır. Cümlələrin ritmini, obrazlılığını, səs harmoniyasını tənzimləməlidir. Yalnız yazıçının dilinə sadiq qalmaq şərti ilə.
Məsələn, çox sevdiyim Raymond Karver, Ernest Heminquey kimi yazıçıların sadə və güclü üslubu, müəyyən mənada, onların redaktorları tərəfindən formalaşmışdı.

Məşhur amerikalı redaktor Qordon Liş Karverin hekayələrini o səviyyədə redaktə edirdi ki, bəzən mətnin yarısı düzəlişlərlə silinirdi. Məhz onun professional redaktəsi ilə Karverin çox sevdiyim minimalizm üslubu formalaşmışdı.
Redaktorun üçüncü vəzifəsi əsərdə emosional dərinliyin gücləndirilməsinə çalışmaqdır. Yaxşı redaktor oxucunun təcrübəsinə fokuslanır və fikirləşir: “Oxucu bu hissədə nə hiss edəcək?”.

Belə demək mümkündürsə, oxucu ilə müəllif arasında körpü yaradır. Bunun üçün də əsərə oxucunun gözü ilə baxır. Yəni mətndə oxucu üçün anlaşılmaz, mürəkkəb, lazımsız hissələr varsa, onları ya silir, ya da aydınlaşdırır.
Redaktorun daha bir vəzifəsi əsərin bədii dəyərini və çap potensialını artırmaqdır. Bədii redaktə əsəri nəşriyyat səviyyəsinə qaldırır. Ancaq hansı nəşriyyat?

Təəssüf ki, Azərbaycanda nəşriyyat sistemi fiaskoya uğradığı üçün norma və standartlar yoxdur. At izi it izinə qarışıb. Nəşriyyatlar üçün bədii keyfiyyət ölçüsü mövcud deyil. Kimin pulu varsa, istədiyi əsəri istədiyi nəşriyyatda çap edir. Belə şəraitdə rəqabətdən söhbət gedə bilməz.
Redaktənin əhəmiyyətini başa düşmək üçün Latın Amerikası ədəbiyyatının “Bum” ("Boom") dövrü yazıçılarını xatırlamaq kifayətdir.
Roman janrını estetik və fəlsəfi baxımdan yenidən yaradan Qabriel Qarsia Markes, Mario Varqas Lyosa, Karlos Fuentes, Xulio Kortasar və digərləri öz ölkələrində yazmağa başlasalar da, İspaniyanın Barselona şəhərində dünya şöhrəti qazanmışdılar. Franko diktaturasının yumşalma mərhələsində Barselona ispandilli nəşriyyatların və redaktorların mərkəzinə çevrilmişdi. Məhz burada yazıçılar öz əsərlərinin redaktə işi ilə məşğul olurdular.
Həmin dövrün ən vacib simalardan biri Karmen Balsels idi. O, “Bum” yazıçılarının ədəbi agenti idi və onların əsərlərini oxuyur, struktur təklifləri verir, redaktə prosesinə birbaşa müdaxilə edirdi. Barselonada redaktə prosesi təkcə dil düzəlişindən ibarət deyildi, estetik müzakirə idi. Yazıçılar arasında ədəbi dialoq və dostluq formalaşmışdı: Markes, Lyosa və Fuentes mütəmadi görüşür, bir-birlərinin əsərlərini oxuyur, struktur və məzmun barədə fikir bildirirdilər. Bütün bunlar bədii redaktə mədəniyyətinin peşəkarlaşmasına, redaktor-yazıçı əməkdaşlığının sənət kimi qəbul edilməsinə səbəb olmuşdu.
Buyur.
Azərbaycan ədəbiyyatında müstəqillikdən sonra güclü bədii əsərlərin yaranmamasının üç səbəbi varsa, onlardan biri bədii redaktə problemidir. Bu, məncə, ən vacibidir. Bizim yaxşı bədii redaktorlarımız yoxdur.

Ona görə mühitə ardı-arası kəsilmədən gələn istedadların yazdıqları məhsul yox, xammal xarakteri daşıyır. Mətnlər çiydir, müəlliflər isə yetişib səviyyə adlaya bilmirlər. Yuxarıda sadaladığım cəhətlərə malik redaktorların olmadığı mühitdə bütün bunlara təbii baxmaq lazımdır. Professional münasibət yoxdursa, professional əsərlər axı necə yarana bilər?

Bu məqamda Sovet dövrünü xatırlamaq yerinə düşər. Həmin dövrdə Azərbaycanda peşəkar redaktorlar məktəbi formalaşmışdı. Onlar müəlliflərin əsərlərini oxuyur, nəzərdən keçirir, istiqamət verir, çapa hazırlayırdılar.
Nə baş verdi, necə oldu ki, sovet dövründə bədii cəhətdən kifayət qədər güclü əsərlər yazan müəlliflər müstəqillik dövründə ya yazmadılar, ya da zəif əsərlər çap elədilər. Bu kontrast məntiqdən kənardır.

Ola bilərmi, sovet dövründə yaranan redaktorluq məktəbi müstəqillik dövründə dağılmışdı və həmin müəlliflər redaktorlarını itirmişdi?
Bəli. Məntiqlidir.
Azərbaycan elə yerdir ki, bu coğrafiyada istedad bulağının gözü heç vaxt tutulmur. Bir də görürsən, ucqar dağ kəndindən Bakıya oxumağa gələn şümal bir oğlan gözəl şeir, hekayə yazır. Bu şeirdə, hekayədə onun istedadını, müəllifin potensialını dərhal hiss edirsən, amma bir tərəfdən başa düşürsən ki, professional münasibətlərin, əlaqələrin olmadığı mühitdə bu istedad xammal kimi qalacaq.

İnkişaf etmək, səviyyə adlamaq üçün sadəcə "dəli" olmaq, yəni qarşılıq gözləmədən bir çox məhrumiyyətlərlə üzləşmək, çox, çox, lap çox çalışmaq, özünü dağa-daşa vurmaq lazımdır. Üstəlik, bilmirsən, uğur gələcək, ya yox.
Kəsəsi, Azərbaycan ədəbiyyatında heç vaxt yaxşı yazıçı, yaxşı şair problemi olmayıb.

Bizim problemimiz yaxşı bədii redaktordur.

Efirdə qohum evliliyi - "Space TV"yə xəbərdarlıq edildi AzTV-nin keçmiş sədrinin qardaşı oğluna hökm oxundu Zəfər haqqında növbəti tamaşa
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 Noyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri