Icma.az
close
up
RU
Onlayn çalışanların NƏZƏRİNƏ Qanun DƏYİŞİR

Onlayn çalışanların NƏZƏRİNƏ Qanun DƏYİŞİR

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Məcəlləsinə 200-ə yaxın dəyişikliklər üzərində iş aparır.
 

Bu dəyişikliklərə, əsasən, məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə vəzifələri olan işçilərə və qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların təsbiti və s. məsələlər nəzərdə tutulur.


Məsafədən işin tənzimlənməsi ilə bağlı dəyişikliklər isə xüsusilə diqqət çəkib. Ələxüsus da ona görə ki, pandemiya təcrübəsi və texnologiyanın inkişafı nəticəsində onlayn çalışanların sayı günbəgün artır.

Dəyişikliklər nə vəd edir?
 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Aytac Qurbanova deyib ki, bu dəyişiklik ölkəmizdə əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması və işçilərin hüquqlarının daha effektiv qorunması məqsədi daşıyır:

“Bu dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanaraq əmək bazarının rəqabət qabiliyyətinin artırılmasına yönəlib. Məsafədən iş işçinin əmək funksiyasını işəgötürənin ofisindən kənarda, adətən internet vasitəsilə yerinə yetirməsi deməkdir. Bu iş forması pandemiya dövründə dünya miqyasında kütləvi şəkildə aktuallaşdı və artıq müvəqqəti tədbir yox, daimi əmək modeli kimi qəbul olunur.


Əmək Məcəlləsinə təklif edilən dəyişiklik bu rejimin hüquqi əsaslarının dəqiq şəkildə müəyyən olunmasını, məsafədən işləyən işçilərin statusunun tanınmasını və onların hüquqlarının qorunmasını nəzərdə tutur".


Müsahibimiz əlavə edib ki, bu təklif parlamentdə qəbul olunarsa, əmək müqaviləsində məsafədən işləmə bəndi ayrıca göstəriləcək:
"Bu halda yaxın zamanda işəgötürən məsafədən işləyən işçiyə texniki dəstək və təhlükəsiz iş mühiti təmin etməlidir. Məsafədən işləməyə keçid könüllülük əsasında və qarşılıqlı razılaşma ilə həyata keçiriləcək. Nəzərə alaq ki, pandemiya dövründə bir çox yerli şirkətlər əməkdaşlarını evdən işləməyə yönəltdi.

Ancaq əmək müqavilələrində məsafədən iş rejimi nəzərdə tutulmadığı üçün bu, hüquqi qeyri-müəyyənliklərə səbəb olurdu. Məsələn, iş vaxtının uçotu, iş qəzası anlayışı, əmək intizamı tədbirləri və s. Yeni dəyişikliklər bu kimi suallara aydınlıq gətirəcək və həm işəgötürənin, həm də işçinin hüquqlarını balanslaşdıracaq".


Hüquqşünas onlayn işlə bağlı beynəlxalq təcrübədən də danışıb:
 

"Məsələn, Estoniya və Hollandiya kimi ölkələr məsafədən işlə bağlı ayrı-ayrı qanunvericilik aktları qəbul ediblər. Hollandiyada işçilər məsafədən işləmə hüququnu tələb edə bilər və işəgötürən bunu əsaslı səbəb olmadan rədd edə bilməz. ABŞ-da isə bəzi ştatlar məsafədən işləyən işçilər üçün "cyber-safety" (kiber təhlükəsizlik) tələbləri müəyyən edib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 May 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri