Icma.az
close
up
RU
Onlayn kredit: bank dələduzluğu, yaxud təhlükəsizlik probemi? Rəylər + VİDEO

Onlayn kredit: bank dələduzluğu, yaxud təhlükəsizlik probemi? Rəylər + VİDEO

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar vətəndaşların kiberdələduzların qurbanına çevrilməsi onlayn kreditlərə məhdudiyyətin tətbiq edilməsi ehtimalını aktuallaşdırıb.

Mia.az Xəzər TV-yə istinadən məlumat verir ki, bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, baş verən hadisələr onu deməyə əsas verir ki, bankların informasiya təhlükəsizliyi sistemi qənaətbəxş deyil.

Eskpert bu məsələdə mövcud olan və dilə gətirilməyən digər təhlükəsizlik problemlərini də qeyd edib.

Millət vəkili Vüqar Bayramov da problemdən çıxış yolunu əhalinin rəqəmsal bankçılıqla bağlı maarifləndirilməsində və bankların təhlükəsizlik tədbirlərini gücləndirməsində görür.

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, qeyd olunan halların qarşısının alınması və risklərin azaldılması istiqamətində Mərkəzi Bank tərəfindən ötən il "Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası" təsdiq edilib.

Qaydanın şərtlərinə əsasən, mobil bankçılıq hesabında qeydiyyat və ya giriş zamanı, habelə müxtəlif əməliyyatlar aparan zaman banklar, fintexlər və digər təşkilatlar tərəfindən 2 təhlükəsizlik faktorundan ibarət verifikasiya elementləri istifadə edilməlidir. Assosiasiyadan o da bildirilib ki, hazırda əksər banklarda 2 faktorlu autentifikasiya elementlərinin tətbiqi ilə bağlı işlərə başlanılıb. Bir neçə bankda isə qeyd olunan qaydalardan irəli gələn tələblər artıq yerinə yetirilib.

Mərkəzi Bankdan isə qeyd edilib ki, bu qurum tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir. Ötən dövr ərzində ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə maarifləndirici video və audioçarxlar hazırlanaraq KİV-də yayımlanıb, o cümlədən bütün banklara tapşırıqlar verilib. Bu il ərzində də müvafiq istiqamətdə birgə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda orta hesabla əhalinin 46%-i bank hesabına sahibdir və bu göstərici artmaqda davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://mia.az
archiveBu xəbər 01 Fevral 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri