Icma.az
close
up
RU
“Onlayn nəzir” mexanizminin tətbiqi nə yerdə QALDI?

“Onlayn nəzir” mexanizminin tətbiqi nə yerdə QALDI?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda insanlar inanclarına görə ianələr verirlər. Adətən, bayram və dini mərasimlər zamanı vətəndaşlar məscidlərə gedir, dualar edir və öz ianələrini həmin dini məkanlardakı nəzir qutularına qoyurlar. Nəzir qutuları həm məscidlərdə, həm də ziyarətgah və pirlərdə mövcuddur. Belə qutulara həmin mərasimlər zamanı müəyyən məbləğdə pul yığılır.
 

Nəzir qutularına heç də az vəsait toplanmır. Lakin sözügedən qutulara yığılan ianələrin məbləği, hara xərclənməsi haqqında bugünə qədər heç bir hesabat və məlumat verilməyib.


Qafqaz Müsəlmanları İdarəsinin balansında yüzlərlə belə məscid var. Ötən il nəzir qutularına nəzarətin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə tapşırıldığı haqqında məlumat yayılsa da qurumdan mətbuata verilən açıqlamada bu təkzib edilib.
2022-ci ildə “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliyə görə, dini qurumlar ianə vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə bilirlər. Dəyişikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcəklər.
Bəziləri bundan sonra nəzir qutularına nəzarətin daha asan olacağını, vəsaitin hara xərclənməsinin şəffaflığının təmin ediləcəyini düşünürdülər. Lakin neçə il keçməsinə baxmayaraq hazırlanan qaydalar, yeni mexanizmlə bağlı məlumat açıqlanmayıb.
Qaydaların müəyyən olunması ilə bağlı bir neçə aydır Bizim.Media olaraq dəfələrlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə informasiya sorğusu ünvanlasaq da, cavab almamışıq. Qurumdan nə zənglərimizə, nə elektron müraciətlərimizə cavab verilməyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsələyə laqeydliyindən belə çıxır ki, elektron ianələrin də taleyi quruma göndərilən elektron məktublar kimi olacaq.

Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Dekabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri