Icma.az
close
up
RU
ÜMİD GƏLƏN İLƏ QALDI... AzPolitika onlayn siyasiictimai qəzet

ÜMİD GƏLƏN İLƏ QALDI... AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nurəddin İsmayıl

2024-cü ilin başa çatmasına sayılı günlər qalmasına baxmayaraq Azərbaycanla Ermənistan arasında bağlanması nəzərdə tutulan sülh sazişi, qarşı tərəfin müxtəlif bəhanələrlə sülhdən yayınma cəhdlərinə görə reallaşmadı.

Dörd il ərzində müxtəlif formatlarda görüşlər keçirilməsinə, istər başda ABŞ olmaqla bir sıra qərb ölkələrinin, istərsə də region ölkələrinin bu işə cəlb edilməsinə baxmayaraq dayanıqlı sülhün əldə edilməsi mümkün olmadı. Sülh sazişi ilə bağlı Azərbaycanın konstruktiv, beynəlxalq hüquq normalarına uyğun təkliflərini ciddiyə almaq əvəzinə, bu dövlət yönətimi Fransa, Hindistan, ABŞ kimi dövlətlərin ona göndərdiyi silahlar hesabına yenidən silahlanma xətti yürütməkdə davam edir. Sanki amansız məğlubiyyətə düçür olan, ordusu bir antiterror əməliyyatla iflic vəziyyətə düşən, silah-sursatını qoyub qaçan və sonda təslimçi sülhə imza atan bu dövlət deyilmiş.

Demarkasiya, delimitasiya ilə bağlı yaradılmış komissiyanın apardığı işlər, Paşinyanın və digər dövlət rəsmilərinin verilən təkliflərin əksəriyyətini qəbul etmələri barədə səsləndirdiyi fikirlər, üçüncü dövlətin iştirakı olmadan danışıqların aparılmasına önəm verilməsi müsbət tendensiyalardan xəbər versə də, prosesin məqsədyönlü şəkildə uzadılması, konstitusiyalarında Azərbaycana qarşı ərazi iddialarının qaldırılmasını arxa plana keçirmə cəhdləri, ölkəmizi beynəlxalq tribunalardan hədəfə almaq planları bu ölkənin sülh sazişinə sədaqətindən xəbər vermir. Şərti sərhədlərimizdə Avropa İttifaqının yerləşdirdiyi mülkü missiyaya sonradan NATO ölkəsi Kanadanın cəlb edilməsi, bu missiyanın ilk tərkibinin artırılaraq zaman baxımından vaxtın uzadılması, dayanmadan silahlanma cəhdləri, əlbəttə, ölkəmizi ciddi narahat edən məsələlərdir və Azərbaycan bu qeyri-müəyyənlik şəraitində hərbi hazırlığını artırmaq məcburiyyətindədir. Biz zaman-zaman Paşinyanın sülh sazişi ilə bağlı verdiyi bəyanatlardan, vədlərdən sonradan necə yayındığının, ambisiyalarının gerçəkləşməsinə xidmət edən şəraitin yetişməsi üçün vaxt udmasının şahidi olmuşuq.

44 günlük müharibə bitdikdən sonra Paşinyanın separatçı rejimə heç bir dəstək vermədiyi barədə bəyanatlar səsləndirdiyini görsək də, gizlin yollarla bu xuntaya siyasi, maliyyə, hərbi yardım etməsinin şahidi olduq. Yalnız ordumuzun bir günlük antiterror əmaliyyatı onu Azərbaycanla münasibətlərində ehtiyatlı olmağa məcbur etdi. Lakin bütün ümidini onun xeyrinə işləyə biləcək zamana, beynəlxalq havadarlarından gələn təlimatlara bağlayan Paşinyan anlamalıdır ki, o, məğlub dövlətdir və bu məğlubiyyətin diktəsi sülh sazişi ilə bağlı verdiyi vədlərə əməl etməkdir.

Paşinyanın Ermənistanın hücum silahları ilə silahlanmasının ölkəsinin müdafiəsi ilə bağlı olduğuna işarət edən yerli mediyaya son müsahibəsi bu adamın yenə də hiyləgərliyindən, baş aldatmağından xəbər verir. Dövlət başçısı İlham Əliyev Rusiya dövlət kanalına verdiyi müsahibədə başda Paşinyan olmaqla dövlət rəsmilərinin sülh sazişinə hazır olmaları ilə bağlı səsləndirdiyi fikirlərlə əməlləri arasında ziddiyyətlər olduğunu bildirib. O qeyd edib ki, Qarabağın Azərbaycana mənsubluğunu bəyan edən Paşinyan konstitusiyalarında dəyişiklik etməli, ölkəmizə qarşı olan ərazi iddialarından geri durmalıdır. Sülh sazişindən söhbət gedirsə, sərhədlərimizdə üşüncü bir ölkənin şpion missiyasının yerləşdirilməsi, sülhə zəmanət verən addımlar atılması əvəzinə Ermənistanın sürətlə silahlandırılması hansı məntiqə uyğundur. Dövlət başçısının cavablandırdığı suallar içində yararsız Minsk Qrupu ilə bağlı fikirləri də iki dövlət arasında ortaq məxrəcə gəlməyin qarşısında əngəl olması baxımından diqqəti çəkir. Haqlı olaraq deyilir ki, Minsk Qrupunun əsas fəaliyyəti Qarabağ probleminin həllinə yönəlmişsə və bu gün Paşinyan Qarabağın Azərbaycana aid olduğunu bəyan edibsə, onda bu başabəla qurumun ləğvini hər iki dövlət niyə tələb etməməlidir.

Görünən odur ki, 2025-ci il də iki ölkə arasında sülh sazişinin bağlanması baxımından sınaq ili olacaq. Paşinyan öz ağalarından gizli təlimatlar almayınca, sülh sazişinin reallaşmasını müxtəlif bəhanələrlə uzatmağa can atacaq. Çünki bu dövlət öz əli, öz başında olan dövlət deyil, qərar verməkdə səlahiyyətsizdir və onun bir vaxtlar vassal olduğu Rusiyadan can qurtarmanın müqabilində Cənubi Qafqazı bir sıra Qərb ölkələrinin döyüş poliqonuna çevirmək kimi üzərinə götürdüyü öhdəliklər var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Dekabr 2024 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri