Icma.az
close
up
RU
Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi Millət vəkili

Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi Millət vəkili

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etməməsi kimi kritik dilemma ilə üzləşib.

Tarixin belə böhranlı anlarında cəmiyyət çaşqınlıq və gərginlik içərisində çarpışır, vəziyyətdən çıxış yolu axtarır. Lakin sonda ən müdrik qərarı yenə də xalq verir, öz xilaskarını üzə çıxarır və onun ətrafında birləşərək hədəfə doğru yol alır.

Heydər Əliyev də xalqımızın ən böhranlı dönəmlərində xalq tərəfindən seçilən, böyük etimad bəslənən və yeganə ümid mənbəyi kimi baxılan bir şəxsiyyətdir. Çox da uzaq olmayan keçmişimizdə hələ bu gün həyatda olan yaş nəslinin gözləri qarşısında baş vermiş siyasi burulğanlar, iqtisadi çöküşlər, işğal, deportasiya, soyqırımı, ağır mənəvi sarsıntılar xalqın taleyinin tapşırılacağı belə bir şəxsiyyətin tapılmasını və ondan imdad dilənməsini zəruri etmişdi. Belə bir təlatümlü zamanda xalq vahid bir səslə bir adın, bir şəxsin ətrafında birləşməyə qərar verdi: o Heydər Əliyev idi. Hadisələrin sonrakı gedişi göstərdi ki, xalqımız doğrudan da ən müdrik qərarını verib, ən doğru seçimini edib. Heydər Əliyev Azərbaycan xalqını üzən problemlərin həlli üçün bütün səylərini ortaya qoydu, bütün imkanları vahid məqsəd uğrunda səfərbər edə bildi, Azərbaycan dövlətini dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi.

Onun öz xalqının mövcudluğu, gələcək tərəqqisi və xoşbəxtliyi üçün qəbul etdiyi qərarlar və atdığı addımlar Azərbaycanın taleyini dəyişdi. Daim inkişafda olan, bölgədə və dünyada özünəməxsus siyasi çəkisi olan bu günkü qüdrətli və firavan Azərbaycan Respublikası məhz Heydər Əliyev zəkasının və istedadının yaratdığı gözəl bir əsərdir. Buna görə bütün Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini əziz tutur və onu daim ümumxalq məhəbbəti və minnətdarlığı ilə xatırlayır.

Cavanşir Feyziyev 
Milli Məclisin deputatı 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 May 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri