Icma.az
close
up
RU
“Onun mahnısını oğurlayıb Sibel Cana satıblar”

“Onun mahnısını oğurlayıb Sibel Cana satıblar”

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Mərhum bəstəkar Tahir Əkbərin oğurlanmış əsərləri ilə bağlı Türkiyədə araşdırma başladılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Musavat.com-a mərhum bəstəkarın xanımı Aybəniz Əkbər məlumat verib.

Onun sözlərinə görə, bəstəkarın bir neçə əsərinin illərdir oğurlanaraq Türkiyədə başqa adlar altında istifadə edilməsi ilə bağlı nəhayət Türkiyə Musiqi Əsərləri Müəllifləri Dərnəyində (MESAM) rəsmi proses başladılıb.

A.Əkbər bildirib ki, Tahir Əkbər sağlığında bu məsələdən xəbərdar olsa da, işin hüquqi tərəfinin arxasınca getməyə ömür vəfa etməyib:

“Əslində, Tahir Əkbər Türkiyədə əsərlərinin oğurlanması məsələsini sağlığında bilirdi. Amma bununla bağlı ciddi hüquqi mübarizəyə başlamağa zamanı çatmadı. Məsələn, onun məşhur “Əzizim” mahnısı 1989-cu ildə bəstələnib. Mahnının ilk ifaçısı Xalq artisti Nisə Qasımova olub. Sonradan bizə məlumat gəldi ki, Türkiyədə kanon ifaçısı Halil Karaduman bu mahnını 1997-ci ildə MESAM-da öz adına qeydiyyatdan keçirib. Üstəlik, sözlərdə cüzi dəyişiklik edilib və müəllif kimi Ali Tekintür göstərilib. Biz bu məsələ ilə bağlı hətta Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edərək, bütün sənədləri və faktları vermişik”.

O, “Heç küsməyin yeridirmi?” mahnısının taleyindən də danışıb və bildirib ki, bu mahnı 1985-ci ildə yazılıb və eyni sözlər üzərində iki fərqli bəstə mövcuddur:

“Bu mahnının sözlərinə iki ayrı musiqi bəstələnib. Birini Nəzakət Məmmədova, digərini isə Məmmədbağır Bağırzadə ifa edib. Tahir Əkbər uzun illər Azərbaycanda yaşamayıb və ölkəyə gələndən sonra da Nəzakət Məmmədovanı şəxsən tanımayıb. Məmmədbağır ona mahnının sözlərini təqdim edib və Tahir Əkbər həmin sözlərə musiqi bəstələyib. Digər bəstənin mövcudluğundan xəbəri olmayıb. Həmin digər mahnı “Segah”, Tahir Əkbərin bəstəsi isə “Bayatı-Şiraz” ladı üzərindədir. Məmmədbağırın ifa etdiyi mahnı 1985-ci ildə məşhurlaşıb.

Lakin Türkiyənin tanınmış müğənnisi Nəşə Karaböcək bu mahnını 1989-cu ildə öz albomuna daxil edib və müəllif kimi musiqini Əsədə, sözləri isə Nəbi Xəzriyə aid göstərib. Tahir Əkbər bu faktı da bilirdi”.

Xanımının sözlərinə görə, Tahir Əkbərə məxsus, Xalq artisti Məmmədbağır Bağırzadənin ifa etdiyi “Gülüb getdi” mahnısı da ərəb musiqiçiləri tərəfindən oğurlanaraq, Türkiyənin məşhur müğənnisi Sibel Cana satılıb:

“Sibel Can bu mahnını “Tamam o zaman” adı ilə ifa edir. Beynəlxalq musiqi hüququna görə, əgər bir əsərdə 4 notdan artıq oxşarlıq varsa, plagiat faktı təsdiqlənir. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Mütəxəssislər deyirlər ki, bu mahnıda 6–8 eyni not var və bu notlar ardıcıl şəkildə yerləşir. Yəni burada oğurluq faktı açıq şəkildə təsdiqlənir.

Biz ötən ilin yayında İstanbula getdik və Tahir Əkbərin bu əsərləri ilə bağlı birbaşa MESAM-a müraciət etdik. Onun bütün notlarını, əsərlərini quruma təqdim etdik ki, Türkiyədə müəllif hüquqları qorunsun. Tahir Əkbərin varisləri olaraq əvvəlcə Əqli Mülkiyyət Agentliyinə müraciət etdik. Onlar bizə bildirdilər ki, mahnılar Azərbaycanda Tahir Əkbərin adına, Türkiyədə isə türkiyəli müğənninin adına qoruna bilər. Əlbəttə ki, biz bununla razılaşa bilməzdik. Buna görə də Tahir Əkbərin bütün əsərlərinin notlarını MESAM-a təqdim etdik”.

Aybəniz Əkbər əlavə edib ki, MESAM ilkin mərhələdə “Əzizim” və “Heç küsməyin yeridirmi?” mahnılarını qəbul etməkdə çətinlik çəkib:

“Çünki bu mahnılar artıq Türkiyə müğənnilərinin adı ilə qeydiyyatdan keçmişdi. Lakin biz ödəniş etdik və bu həftə Türkiyənin tanınmış musiqişünasları tərəfindən əsərlər və təqdim etdiyimiz faktlar əsasında araşdırma aparılacaq. Maraqlıdır ki, notlara ilk baxışdan belə dedilər ki, bu əsərlər Türkiyə musiqisinə aid deyil. Artıq rəsmi araşdırmanın nəticəsini gözləyirik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:328
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri