Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

“Onun üzr videosunu görmüşdüm…” KONKRET

“Onun üzr videosunu görmüşdüm…” KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən dəstənin üzvü – Kamran Rzayevin cinayət işinin bəzi detalları məlum olub.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində dindirilən şəxsə Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.6, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6 və 170.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar elan olunub.

O, ifadəsində özünü təqsirli bilmədiyini deyib.

Kamran Rzayevin sözlərinə görə, hadisə baş verən gün səhər saat 08:30 radələrində evdən çıxaraq anasını dayısının evinə aparıb, daha sonra isə işə yollanıb. Bildirib ki, adətən işə saat 08:00-da gedir, mühafizəçiyə vəsiqəsini təqdim etməklə müəssisənin inzibati binasına daxil olur və saat 18:00-da işdən çıxır. Hadisə günü də iş qrafiki dəyişməyib. İşdən sonra Zığ qəsəbəsindən Qaraçuxur qəsəbəsinə gedərək iş yoldaşını düşürüb, saat 18:30–19:00 radələrində yaşadığı ünvana çatıb və evdə cəmi 15 dəqiqə qalıb. Qapını qardaşının açdığını, həyətdə başqa heç kəsi görmədiyini deyib. Daha sonra duş qəbul etdiyini və metronun “Koroğlu” stansiyası yaxınlığında Məhərrəm adlı şəxslə görüşmək üçün evdən çıxdığını qeyd edib.

Təqsirləndirilən şəxs hadisə ilə bağlı hər hansı məlumata malik olmadığını, həmin vaxt kimsə ilə telefon danışığı aparmadığını deyib. Onun sözlərinə görə, evə gəldikdə artıq Nəzirxanın yola salındığını görüb, lakin onun üzərində xəsarət izi və ya əl-qolunun bağlı olduğunu müşahidə etməyib. Nəzirxanı əvvəllər tanımadığını, onunla bağlı hər hansı video material görmədiyini də qeyd edib. Yalnız hadisənin səhəri günü onun üzr videosunu “TikTok” sosial şəbəkəsində gördüyünü və həmin görüntünün sonradan ona “WhatsApp” vasitəsilə göndərildiyini bildirib. Nəzirxanın talışları təhqir etdiyinə görə evə gətirildiyini isə sonradan öyrəndiyini deyib.

O, həmçinin bildirib ki, Nəzirxanın “Qazel” markalı avtomobilin yük yerinə mindirilməsinin və toyuqların saxlandığı yerdə saxlanılmasının şahidi olmayıb. Hadisədən sonra polis əməkdaşlarının ona tərəf qaçaraq yaxınlaşdıqlarını gördüyünü, lakin onların polis olduğunu bilmədiyi üçün zərər görməmək məqsədilə qaçdığını, həmin şəxsləri Nəzirxanın qohumları zənn etdiyini söyləyib. Daha sonra Məhərrəm adlı şəxsin zəngi ilə saxlanılmalarının qanunsuz olduğunu öyrəndiklərini və 102 xidmətinə müraciət edilməsinin vacibliyini bildirib. Hadisə günü heç kimin saxlanılmadığını, atasının isə həmin gün könüllü şəkildə gedərək təslim olduğunu vurğulayıb.

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə vermədiyini, yalnız psixi təzyiq altında hazırlanmış sənədlərə imza atdığını, həmin ifadəni ittiham aktını aldıqdan sonra oxuduğunu və bu səbəbdən ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etmədiyini bildirib. Onun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında tədqiq olunub.

İbtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs bildirib ki, Bakı şəhərində qeydiyyatda olmaqla Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, 2022-ci ildən etibarən şirkətlərin birində çilingər vəzifəsində çalışır. 2024-cü ilin müvafiq tarixində axşam saatlarında evinə gəldikdən sonra həyətdə toyuq damından səs gəldiyini eşidib və qapıdan baxarkən “TikTok”dan tanıdığı Nəzirxanın əl və ayaqlarının skoçla bağlanmış vəziyyətdə yerdə oturduğunu görüb. Onun yanında atasının, qohumunun və qardaşının olduğunu, qardaşının video çəkdiyini, atasının isə Nəzirxandan üzr istəməsini tələb etdiyini söyləyib. Kamran atasına bu vəziyyətin düzgün olmadığını deyərək Nəzirxanın buraxılmasını istədiyini qeyd edib və bundan sonra hadisə yerindən ayrıldığını söyləyib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Nəzirxan Ağaxanov isə ifadəsində bildirib ki, hadisə günü əvvəlcə evdə olub, daha sonra usta işi ilə bağlı tanışı ilə görüşməyə gedib. Birlikdə yemək yedikdən və müəyyən müddət söhbət etdikdən sonra ayrılıblar. Evə qayıdarkən yol kənarında dayanan “Qazel” markalı avtomobilin yaxınlığında arxadan təpik zərbəsi aldığını, yerə yıxıldıqdan sonra isə bir neçə nəfər tərəfindən əl-qolunun bağlanaraq başına torba keçirildiyini və avtomobilin yük yerinə atıldığını qeyd edib. Onun sözlərinə görə, həmin şəxslər tərəfindən avtomobildə və daha sonra aparıldığı yerdə döyülüb və işgəncələrə məruz qalıb.

Zərərçəkmiş şəxs bildirib ki, onu döyən şəxslər hərəkətlərini talışlar barədə söylədiyi ifadələrlə əsaslandırıblar, ona qarşı həm fiziki, həm də psixoloji təzyiqlər göstəriblər. Axşam saatlarında isə onu yaşadığı ərazinin yaxınlığında avtomobildən düşürərək buraxıblar. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər olduğunu bildirib və istintaq zamanı ifadələrinin tam şəkildə protokollaşdırılmadığını qeyd edib.

Bu ziddiyyətlər nəzərə alınaraq, zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdiyi ifadə məhkəmə iclasında elan edilib.

Qeyd: Məlumata görə, bu dəstənin digər üzvləri – Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi ayrıca icraatda aparılıb.

İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov “TikTok”dakı hesabında kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan mərhum “Qanuni oğru” Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələrin yer aldığı video paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib. Onlar Nəzirxanı Zabrat qəsəbəsi ərazisində “Qazel” markalı avtomobilin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, daha sonra toyuq hininə salıblar. Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli gəlinlik paltarını onun əyninə geyindirərək paylaşımlarına görə üzr istəməsini tələb edib, üzr videosunu çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar. Təqsirləndirilən şəxslərdən biri 2007, digəri isə 2008-ci il təvəllüddür.

Hökmə əsasən, Kamran Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

(pravda.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:331
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Yanvar 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri