Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

OpenAI işçiləri nə qədər qazanır? İlon Maskı narazı salan səbəb

OpenAI işçiləri nə qədər qazanır? İlon Maskı narazı salan səbəb

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milyarder İlon Mask "OpenAI"a qarşı qaldırdığı məhkəmə iddiasını daha da genişləndirərək, bu dəfə şirkətin işçilərinə ödənilən maaşlarla bağlı narazılıq edib.

Qaynarinfo xəbər verir ki, Maskın iddiasına "Microsoft" və həmçinin onun idarə heyətinin üzvü, eyni zamanda keçmiş "OpenAI" idarə heyəti üzvü Reid Hoffmanı da əlavə edib. Qeyd olunur ki, "Microsoft" keçən il açıqladığı 10 milyard dollarlıq sərmayə daxil olmaqla, indiyədək "OpenAI"a təxminən 14 milyard dollar vəsait yönəldib.

İlon Mask 2015-ci ildə "OpenAI"ın qurucuları arasında olub, lakin həmin dövrdən etibarən şirkətlə əlaqələrini tamamilə kəsib. Daha sonra o, "OpenAI"ın ən sərt tənqidçilərindən birinə çevrilib. 2018-ci ildə "OpenAI"ın idarə heyətindən ayrılan Mask ötən il öz süni intellekt şirkəti olan "xAI"ı təsis edib.

Maskın şikayətində iddia olunur ki, "OpenAI" və "Microsoft" süni intellekt bazarını öz nəzarətlərinə götürmək məqsədilə "geniş maaşlar” təklif edərək, rəqabət qaydalarına zidd davranıblar. Şikayətdə qeyd olunur:

"OpenAI" səxavətli maaş təklifləri ilə işçi cəlb etməkdə aqressiv yanaşma sərgiləyərək, rəqiblərinin süni intellekt istedadlarını əllərindən almağa çalışır. Şirkət cəmi 1.500 işçi üçün 1,5 milyard dollarlıq xərc çərçivəsində fəaliyyət göstərir".

"OpenAI" xüsusi bir şirkət olduğundan, digər ictimai şirkətlər kimi maaş məlumatlarını açıqlamaq məcburiyyətində deyil. Lakin mövcud məlumatlar bu barədə bəzi detallar təqdim edir.

Texnologiya şirkətləri və startaplarda maaş məlumatlarını izləyən "Levels.fyi" platformasının məlumatına görə, "OpenAI"da bir texniki yazıçı üçün illik ümumi maaş təxminən 144 min dollar təşkil edir. Bu rəqəm bir proqram mühəndisi üçün isə 1,3 milyon dollara qədər yüksələ bilir. Ümumilikdə, şirkətdə bildirilən illik orta maaş 534 min dollar civarındadır.

Xüsusilə proqram mühəndisləri üçün "Levels.fyi"də göstərilən orta illik maaş "OpenAI"da 810 min dollar təşkil edir. Platforma əsasən istifadəçilərin təqdim etdiyi məlumatlardan istifadə etdiyini, lakin bəzi maaşların iş təklif məktubları və ya ödəniş sənədləri kimi materiallarla təsdiqləndiyini bildirir.

Maaş müqayisəsi aparan "Comprehensive.io"nun qurucusu Rocer Li isə ötən il "Bloomberg"ə verdiyi açıqlamada "OpenAI"ın mühəndislik üzrə ən yayğın maaş aralığının, səhm mükafatları və ya bonuslar istisna olmaqla, 200-370 min dollar arasında dəyişdiyini deyib. O, daha ixtisaslaşmış mövqelər üçün bu rəqəmin 300-450 min dollar və ya daha yüksək ola biləcəyini qeyd edib.

İlon Mask ilk dəfə mart ayında "OpenAI" və onun təsisçiləri Sem Altman və Qreq Brokman haqqında iddia qaldıraraq, şirkəti "Microsoft" ilə əməkdaşlıq vasitəsilə qeyri-kommersiya məqsədindən uzaqlaşmaqda günahlandırmışdı. "OpenAI" bu iddiaya "məntiqsiz" və "ziddiyyətli" kimi cavab verib.

Maskın avqust ayında qaldırdığı son iddiada isə o, "OpenAI"ın artıq insanlıq üçün faydalı süni intellekt yaratmaqdan çox kommersiya maraqlarını üstün tutduğunu və şirkət qurularkən "aldadıldığını" iddia edib. 2019-cu ildə məhdud mənfəət modelinə keçən "OpenAI" 2023-cü ilin sentyabr ayında kommersiya yönümlü idarəetmə strukturuna doğru irəlilədiyini açıqlamışdı.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see379

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see348

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see285

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see275

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see273

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see266

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see245

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see245

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see238

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see237

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see232

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see218

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see214

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see212

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see210

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see180

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see179

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see179

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri