Icma.az
close
up
RU
Opera Studiyasının səhnəsində Cüzeppe Verdinin “Trubadur” operası təqdim edilib

Opera Studiyasının səhnəsində Cüzeppe Verdinin “Trubadur” operası təqdim edilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 noyabr, Tatyana İvanayeva, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında Cüzeppe Verdinin “Trubadur” (“İl trovatore”) operası təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bu əsər dahi bəstəkarın “Traviata” və “Riqoletto” operaları ilə birlikdə onun “məşhur trilogiya” silsiləsini tamamlayır. Musiqi əsəri dörd pərdə boyunca sarsılmaz intensivliyi ilə dünya operasının xəzinəsidir və 170 ildən çoxdur ki, musiqisevərlər və opera həvəskarları arasında böyük populyarlıq qazanıb, hər təqdimatında geniş auditoriyanı cəlb edib.

Bu italyan ehtirasları sonuncu dəfə bir neçə il əvvəl Bakı səhnəsində coşub və indi tamaşaçılar yenidən barışmaz düşmənçilik, sədaqətli sevgi, güclü toqquşmalar və güclü duyğular hekayəsinin şahidi olublar.

Anşlaqla keçən həmin axşam dünya opera hitləri yenidən tamaşaçılar qarşısında ifa edilib: Miserere xoru, zindanlara çəkic zərbələrinin səsi fonunda qaraçı xoru, Leonoranın “Tacea la notte plançıda” kavatinası, Manrikonun "Di quella pira" ariyası və Qraf di Lunanın ən populyar ariyası “Il balen del suo sorriso”. Bunlara, həmçinin Azusenanın “Sol, son tuo figlio?” və “Stride la vampa” kimi ariyaları və səhnələri, eləcə də izdihamlı auditoriyadan bəzən “Bravo” qışqırıqları ilə müşayiət olunan Leonora ilə Manrikonun dueti də daxil idi.

Aparıcı rolları Azərbaycan vokal sənətinin tanınmış simaları ifa edirdilər. Azərbaycanın Əməkdar artisti Afaq Abbasova Leonoranı, Əməkdar artist Fərid Əliyev Manrikonu ustalıqla canlandırırdı. Qraf di Luna rolunda istedadlı vokalist Taleh Yəhyayev geniş emosiyaları çatdırmağı bacardı. Əməkdar artist Anton Ferştandt şəhər qvardiyasının rəisi Ferrando rolunu oynadı. Əməkdar artist Səbinə Əsədova səhnəyə Azusena rolunda çıxıb və baş rollarından birində dərin mezzo-soprano ifası ilə tamaşaçıları valeh edib. Tamaşada, həmçinin teatrın solistləri Səma Həmzəyeva Leonoranın dostu İnes və İqor Yadrov qoca qaraçı rollarını canlandırıblar.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinə Əməkdar artist Əyyub Quliyev dirijorluq edirdi.

İtalyan dilində səhnələşdirilən tamaşa dramatik süjeti və virtuoz ifaları ilə paytaxtın mədəni həyatında silinməz iz buraxıb. Tamaşaçıların uzun sürən alqışları da bunu təsdiqləyirdi.

Tamaşanın rejissoru Əməkdar artist Hafiz Quliyev, xormeysteri isə Əməkdar artist Sevil Hacıyeva idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri