Icma.az
close
up
RU
Opera və Balet Teatrında ilk dəfə Nəsimi operası

Opera və Balet Teatrında ilk dəfə Nəsimi operası

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 20-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında ilk dəfə "Nəsimi" operası nümayiş olunub.

Kulis.az xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini canlandıran bu opera tamaşaçılara onun mənəvi dünyasına səyahət imkanı yaradıb.

Musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan opera Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gətirərək Nəsimi irsini gələcək nəsillərə və dünyaya çatdırmaq məqsədi daşıyır.

Operanın təqdimatından əvvəl jurnalistlərə müsahibə verən Xalq artisti, professor Siyavuş Kərimi deyib: “Bu gün "Nəsimi" operasının ilk premyerasıdır, çox həyəcanlıyam. Böyük əzmlə çalışmışıq ki, opera tamaşaçıların xoşuna gəlsin. Operada böyük mütəfəkkir Nəsimi, onun həyatında baş verən hadisələr əksini tapıb. Əlbəttə ki, bənzərsiz söz xiridarının bütün həyatını bu əsərdə əhatə etmək qeyri-mümkün idi. Amma tamaşaçı üçün maraqlı ola biləcək bir əsər hazırlamağa çalışdıq. Operada çox istedadlı ifaçılar yer alıb. İnanıram ki, tamaşaçıların xoşuna gələcək və operanın ömrü uzun olacaq".

Əsərin musiqisi üzərində altı aya qədər işlədiyini söyləyən Xalq artisti bu işdə zəhməti olan hər kəsə təşəkkür edib: "Düşünürəm ki, üz ağardan bir əsər olacaq və dünyaya Nəsimini təbliğ etmək üçün bizə daha böyük imkanlar yaradacaq".

Operanın libretto müəllifi, akademik Rafael Hüseynov deyib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin doğuldu və qətlə yetirildiyi ildən çox zaman keçib: “Ancaq bu cür şəxsiyyətlər gəlirlər və əbədi qalırlar. Onları nə tarixdən silmək olur, nə də mənsub olduqları millətin yaddaşından. Zaman keçdikcə belə şəxsiyyətlər rəssamların, rejissorların, bəstəkarların yanaşmasında yenidən doğularaq, yaddaşlara hopurlar. Görkəmli yazıçımız İsa Hüseynov İmadəddin Nəsimi haqqında gözəl bir əsər yazdı və bizim unudulmaz rejissorumuz Həsən Seyidbəyli misilsiz bir film çəkdi və bununla Nəsimi sanki Azərbaycan insanı üçün təzədən doğuldu, təzədən qayıtdı doğma vətənə. Amma aradan böyük zaman keçir, yeni nəsillər gəlir və Nəsiminin bu xalqa daha da yaxınlaşmasına ehtiyac var. Elə bu məqsədlə də Nəsimiyə olan sevgimizi bu opera vasitəsilə yenidən insanlara çatdırmağa qərar verdik. Böyük şövqlə çalışdıq ki, daha gözəl bir əsər ortaya çıxaraq və Azərbaycan opera səhnəsini bəzəyək. Operada Nəsiminin şəxsiyyətini, yaradıcılığının dühasını tamaşaçıya çatdırmağa çalışmışıq. İnanıram ki, "Nəsimi" operası yaşayacaq, hələ uzun illər Azərbaycan səhnəsində olacaq. Çünki musiqisinin gözəlliyi və onun içərisində Nəsimi ruhunun bütün parlaqlığı ilə görünməsi Azərbaycan xalqını cəzb edəcək və çox-çox illər boyu cazibəsində saxlayacaq".

Premyera tamaşasında İmadəddin Nəsimi obrazını Əməkdar artist Ramil Qasımov canlandırıb. Həmçinin Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin Mehdixanlı (salnaməçi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Cahangir Qurbanov (Məlikşüəra), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Zahid), Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (zindan açarçısı), Elmir Rüstəmov (Qazi) və başqaları çıxış ediblər.

Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuriy Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssam Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssam Rafael Həsənovdur.

Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru, balet truppası ilə yanaşı, tamaşada Xalq artisti Natiq Şirinovun rəhbərliyi altında "Natiq” ritm qrupu, Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Əmrah Orucov (ud) birgə çıxış ediblər.

Şübhəsiz ki, "Nəsimi" operası Azərbaycan milli opera sənəti tarixində parlaq hadisələrdən biri kimi özünəməxsus yer tutacaqdır.

AYB-dən “Yaşıl dünya naminə həmrəylik ili”nə dəyərli töhfə Fazil Mustafa: "Baboşların-maboşların təbliğatı gedir" Musa Yaqub, sən gedəli... - Roman Səfərov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Noyabr 2024 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see312

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see286

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see276

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see270

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see254

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see245

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see242

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see242

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see239

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see234

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see223

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see222

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see209

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see208

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see203

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see196

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see196

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri