Icma.az
close
up
RU
Oqtay Abdullayev: “Cənab Prezident millinin nəticələrindən narazıdır”

Oqtay Abdullayev: “Cənab Prezident millinin nəticələrindən narazıdır”

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev dekabrın 26-da Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılar və idman mütəxəssislərini mükafatlandırıb.

İdman.Biz bildirir ki, ölkə rəhbəri fəxri adlarla yanaşı, il ərzində yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Mənzillə mükafatlandırılanlardan biri Olimpiya növləri üzrə milli komandalar üçün Təlim məşq mərkəzinin direktoru, Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevdir. Abdullayev Sportnet.az-a müsahibəsində Prezident İlham Əliyevlə etdikləri söhbətə də diqqət çəkib.

- Prezident İlham Əliyevlə söhbətinizdə onu futbol oynamağa dəvət etdiniz. Bu barədə ətraflı danışardınız...

- Cənab Prezident Milli Olimpiya Komitəsinin rəhbərlik etməyə başladığı 1997-ci ildən sonrakı ilk illərdə həftənin iki günü - bazar ertəsi və cümə axşamı, işi olduğu vaxt həftədə bir dəfə birlikdə futbol oynayırdıq. Oyunlar işdən sonraya təsadüf edirdi. Ötən gün bizimlə görüşü zamanı yenə futbol oynamağa gəlməsini xahiş etdim. O, əvvəlcə elə başa düşdü ki, milli komandanın oyununu izləməyə gəlməsini istəyirik. “Gələrəm, birdən uduzarlar, pis olarıq” cavabını verdi. Mən isə “özümüz oynamaq üçün” söylədim. Qocaldığını bildirdikdə "Hara qocalırsınız? Cavansınız" dedim. Daha sonra oynadığı vaxtlardan neçə il keçdiyini soruşdu. Dedim ki, 27-30 il. O, vaxtın çox tez keçdiyini, mən isə “Vaxt keçmədi, uçdu” söylədim. Aramızda bax, bu cür söhbət oldu. Mən orada cənab Prezidenti “Siz Azərbaycanı dünyada tanıtdırdınız, belə bir qüdrətli dövlətin olduğunu bəyan etdiniz, üzümüzü ağ etdiniz” sözləri ilə təbrik etdim. O da təşəkkürünü bildirdi. Görüş zamanı futbol oynadığı illəri yada saldıq.

- Dövlət başçısının “Gələrəm, uduzarlar, pis olarıq” sözlərini milli komandaya bir mesaj kimi də qəbul etmək olarmı?

- Əlbəttə, cənab Prezident millinin nəticələrindən narazıdır. Bunu hamı, o cümlədən, cavabdeh şəxslər də bilirlər. Amma oyunlara gəlsə, daha yaxşı olar, futbolçular daha da ruhlanar, ikiqat qüvvə ilə oynayar, uğurlu nəticə göstərə bilərlər.

- Prezident İlham Əliyev sizə mənzil də verdi. Bu barədə nə deyə bilərsiniz?

- Minnətdaram ki, xidmətlərimi nəzərə alaraq, məni üçotaqlı mənzillə təmin etdi. Hər ilin sonlarında cənab Prezident idmançılar və idman xadimlərini mənzil və fəxri adlarla mükafatlandırır, qiymətləndirir. Gənclər və idman naziri Fərid Qayıbov nailiyyətləri və xidmətləri yüksək olan şəxslərin siyahısını ölkə rəhbərliyinə təqdim edir. Yəni, burada cənab nazirin də rolu böyükdür. Sizin vasitənizlə Fərid müəllimə də təşəkkürümü bildirirəm. AFFA-nın mənimlə bağlı məktubunu nazirliyə vermişdim. Nazirliyimiz də kimin ehtiyacı varsa və xidmətləri, nailiyyətləri böyükdürsə, onu qeyd etmişdi. Minnətdaram ki, bu vəzifədə uzunmüddətli fəaliyyətimi qiymətləndirdilər, Yeni İl öncəsi ailəmizi sevindirdilər. Bununla əlaqədar AFFA-ya da təşəkkürümü bildirdim.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Dekabr 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri