Icma.az
close
up
RU
Orada gizli seyf olubmuş “Nazir və müşaviri nəzarət edirdi...”

Orada gizli seyf olubmuş “Nazir və müşaviri nəzarət edirdi...”

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəməsi davam edir.

Ölkə.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahidlərin dindirilməsinə başlanılıb.

Şahidlər Xamis və Xəyyam Süleymanovlar qardaşdır. Onlar ikisi də həmin bankda işləyiblər. Xamis bankda müştəri seyf xidmətləri və inkassassiya bölməsinin rəhbəri olub. O, istintaq vaxtı ətraflı ifadə versə də, hakim qarşısında qarışıq danışıb. Şahid təqsirləndirilən şəxsi heç vaxt görmədiyini, ona pul köçürdüyünü də xatırlamadığını deyir. Tərəflər xeyli çək-çevir etsələr də, şahid bilərəkdən ya, bilməyərəkdən gördüyü işi başadüşülən formada izah edə bilməyib.

Bu səbəbdən sədrlik edən hakim Novruz Kərimov şahidin Dövlət Təhlükəsizliyi Xidmətində müstəntiqə verdiyi ifadəsini elan edib.

Həmin ifadədən görünür ki, Xamis "AtaBank”a mərhum vergilər naziri Fazil Məmmədov vasitəsilə işə düzəlib. Özünü etibarlı işçi kimi göstərdiyi üçün də nazirlə arası yaxşı olub. Onun sözlərinə görə, bankda iki əsas pul seyfi olub. Birinci seyfdə rəsmi olaraq bank əməliyyatlarının aparıldığı pullar saxlanılıb.

Qeyri-rəsmi əməliyyatlarla bağlı olan ikinci əlavə seyf isə zirzəmidə yerləşib. Həmin seyfə onun və vergilər naziri Fazil Məmmədovun müşaviri Mahir Rəfiyevin girişi olub: "Bu seyf Fazil Məmmədovun və Mahir Rəfiyevin xüsusi tapşırıqları ilə bağlı seyf idi. Həmin seyfdəki pullarla bağlı gündəlik olaraq Mahir Rəfiyevlə kontaktda olmuşam. Mahir Rəfiyev nəzarət edir, telefonla ona adlarını xatırlamadığı və tanımadığı şəxslərin pul vəsaitlərini gətirib təhvil verəcəyini deyirdi. Mən həmin şəxslərdən vəsaitləri qəbul edib, seyfə yerləşdirmişəm. Bir daha deyirəm, bu seyfin bankın rəsmi kassası və seyfinə aidiyyəti yox idi. Həmin seyfdə olan pulları lazım gəldikdə Mahir Rəfiyevin tapşırığı və göstərişi ilə aparıb ayrı-ayrı adamlara çatdırmışam. Amma indi pulların çatdığı şəxsləri xatırlamıram”.

Şahid qeyd edib ki, bəzi hallarda pulları aparıb Vergilər Nazirliyində Mahir Rəfiyevin köməkçisinə xidməti otağında çatdırıb. Qeyri-rəsmi kassaya vəsaitlərin hansı mənbədən daxil olduğunu da bilməyib: "Mənim işim sadəcə Mahir Rəfiyevin tapşırığı ilə vəsaitləri qəbul edib bankda qeyri-rəsmi seyfə yerləşdirmək və daha sonra onun tapşırığı ilə müəyyən adamlara çatdırmaqdan ibarət idi. Son olaraq onu deyə bilərəm ki, "AtaBank" ASC fəaliyyət göstərdiyi müddətdə "Odela Investment" MMC, "Aikon Construction" MMC, "Şahin-CO" MMC-yə bank qanunvericiliyi pozularaq xüsusilə külli miqdarda kreditlər verilməsi barədə heç bir məlumatım olmayıb”.

Xamisdən fərqli olaraq qardaşı Xəyyam təqsirləndirilən şəxsi tanıyır. O, Zahid Niftəliyevi bankda gördüyünü deyir: "Mən həmin vaxt bankın baş ofisində müştəri xidmətləri departamentinin baş xəzinədarı işləyirdim. Bu şəxsi də (Zahid Niftəliyevi işarə edir-red) bankın müştərisi kimi tanıyıram. Bankla "Şahin-CO" MMC arasındakı müqavilə əsasında ona kredit vermişik”.

Niftəliyev şüşə qəfəs arxasından şahidin dediklərini təkzib edib. Onu yalan danışmaqda ittiham edib.

Prosesin sonunda "Şlyapa Zahid”in vəkili müvəkkilinin yaxın günlərdə təcridxanada gözündən əməliyyat ediləcəyini bildirib. Bu səbəbdən növbəti iclasın nəzərdə tutulandan gec tarixə təyin edilməsini xahiş edib. Müdafiəçinin xahişi nəzərə alınaraq növbəti proses 21 gün sonraya təyin edilib. 

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.

Xüsusi qeyd: Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Noyabr 2024 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri