Icma.az
close
up
RU
Orada gizli seyf olubmuş: “Nazir və müşaviri nəzarət edirdi...”

Orada gizli seyf olubmuş: “Nazir və müşaviri nəzarət edirdi...”

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəməsi davam edir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahidlərin dindirilməsinə başlanılıb.

Şahidlər Xamis və Xəyyam Süleymanovlar qardaşdır. Onlar ikisi də həmin bankda işləyiblər. Xamis bankda müştəri seyf xidmətləri və inkassassiya bölməsinin rəhbəri olub. O, istintaq vaxtı ətraflı ifadə versə də, hakim qarşısında qarışıq danışıb. Şahid təqsirləndirilən şəxsi heç vaxt görmədiyini, ona pul köçürdüyünü də xatırlamadığını deyir. Tərəflər xeyli çək-çevir etsələr də, şahid bilərəkdən ya, bilməyərəkdən gördüyü işi başadüşülən formada izah edə bilməyib.

Bu səbəbdən sədrlik edən hakim Novruz Kərimov şahidin Dövlət Təhlükəsizliyi Xidmətində müstəntiqə verdiyi ifadəsini elan edib.

Həmin ifadədən görünür ki, Xamis “AtaBank”a mərhum vergilər naziri Fazil Məmmədov vasitəsilə işə düzəlib. Özünü etibarlı işçi kimi göstərdiyi üçün də nazirlə arası yaxşı olub. Onun sözlərinə görə, bankda iki əsas pul seyfi olub. Birinci seyfdə rəsmi olaraq bank əməliyyatlarının aparıldığı pullar saxlanılıb.

Fazil Məmmədov

Qeyri-rəsmi əməliyyatlarla bağlı olan ikinci əlavə seyf isə zirzəmidə yerləşib. Həmin seyfə onun və vergilər naziri Fazil Məmmədovun müşaviri Mahir Rəfiyevin girişi olub: “Bu seyf Fazil Məmmədovun və Mahir Rəfiyevin xüsusi tapşırıqları ilə bağlı seyf idi. Həmin seyfdəki pullarla bağlı gündəlik olaraq Mahir Rəfiyevlə kontaktda olmuşam. Mahir Rəfiyev nəzarət edir, telefonla ona adlarını xatırlamadığı və tanımadığı şəxslərin pul vəsaitlərini gətirib təhvil verəcəyini deyirdi. Mən həmin şəxslərdən vəsaitləri qəbul edib, seyfə yerləşdirmişəm. Bir daha deyirəm, bu seyfin bankın rəsmi kassası və seyfinə aidiyyəti yox idi. Həmin seyfdə olan pulları lazım gəldikdə Mahir Rəfiyevin tapşırığı və göstərişi ilə aparıb ayrı-ayrı adamlara çatdırmışam. Amma indi pulların çatdığı şəxsləri xatırlamıram”.

Şahid qeyd edib ki, bəzi hallarda pulları aparıb Vergilər Nazirliyində Mahir Rəfiyevin köməkçisinə xidməti otağında çatdırıb. Qeyri-rəsmi kassaya vəsaitlərin hansı mənbədən daxil olduğunu da bilməyib: “Mənim işim sadəcə Mahir Rəfiyevin tapşırığı ilə vəsaitləri qəbul edib bankda qeyri-rəsmi seyfə yerləşdirmək və daha sonra onun tapşırığı ilə müəyyən adamlara çatdırmaqdan ibarət idi. Son olaraq onu deyə bilərəm ki, “AtaBank” ASC fəaliyyət göstərdiyi müddətdə “Odela Investment” MMC, “Aikon Construction” MMC, “Şahin-CO” MMC-yə bank qanunvericiliyi pozularaq xüsusilə külli miqdarda kreditlər verilməsi barədə heç bir məlumatım olmayıb”.

Xamisdən fərqli olaraq qardaşı Xəyyam təqsirləndirilən şəxsi tanıyır. O, Zahid Niftəliyevi bankda gördüyünü deyir: “Mən həmin vaxt bankın baş ofisində müştəri xidmətləri departamentinin baş xəzinədarı işləyirdim. Bu şəxsi də (Zahid Niftəliyevi işarə edir-red) bankın müştərisi kimi tanıyıram. Bankla “Şahin-CO” MMC arasındakı müqavilə əsasında ona kredit vermişik”.

Niftəliyev şüşə qəfəs arxasından şahidin dediklərini təkzib edib. Onu yalan danışmaqda ittiham edib.

Prosesin sonunda “Şlyapa Zahid”in vəkili müvəkkilinin yaxın günlərdə təcridxanada gözündən əməliyyat ediləcəyini bildirib. Bu səbəbdən növbəti iclasın nəzərdə tutulandan gec tarixə təyin edilməsini xahiş edib. Müdafiəçinin xahişi nəzərə alınaraq növbəti proses 21 gün sonraya təyin edilib.

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.

Xüsusi qeyd: Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see236

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see211

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see206

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see178

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see178

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see170

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see158

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see153

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see151

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri