Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Orada yazılan Dağlıq Qarabağdan olan məcburi köçkünlər və qaçqınlar ifadəsi suallar doğurur Deputat

Orada yazılan Dağlıq Qarabağdan olan məcburi köçkünlər və qaçqınlar ifadəsi suallar doğurur Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"ABŞ ilə Ermənistan sazişində Ermənistan-Azərbaycan arasında olan münasibətlərin daha da dərinləşməsi və inkişaf etdirilməsi kimi məsələləri daha çox özündə ehtiva edir. ABŞ tərəfi Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir, əldə olunan nəticələri təqdir edir və bu kontekstdə məsələlər qabardır".

Bu fikirləri Redaktor.az-a "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri, millət vəkili Azər Allahverənov ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanmasını şərh edərkən dedi. Onun sözlərinə görə, saziş iki dövlət arasında bir çox sahədə əməkdaşlığın inkişafını nəzərdə tutur:

"ABŞ ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinə nəzər saldıqda görürük ki, bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı çox vacib məqamlar yer alıb. Burada iqtisadiyyatın müxtəlif sahələri, sonra ölkədə demokratiyanın inkişaf etdirilməsi, söz azadlığı, insan hüquqları, enerji, yeni informasiya texnologiyaları, yəni bir çox sahələrlə bağlı tərəflər arasında əldə olunan və ya üzərlərinə götürülən öhdəliklər yer alıb. Amma sənədlə yaxından tanış olduqda biz görürük ki, sənədin içində ABŞ ilə Ermənistan sazişində yer almış məqamlar, xüsusilə də sülh və təhlükəsizlik, sülh prosesi ilə bağlı olan məsələlər - Ermənistan-Azərbaycan arasında olan münasibətlərin daha da dərinləşməsi və inkişaf etdirilməsi kimi məsələləri daha çox özündə ehtiva edir".

Deputat vurğuladı ki, ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq yalnız ikitərəfli əlaqələri deyil, həm də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacağına işarə edir.

"Sazişdə eyni zamanda humanitar sahədə də əməkdaşlıqda elm və təhsil, tələbə mübadilələri yer alır. Orada yazılan "Dağlıq Qarabağdan olan məcburi köçkünlər və qaçqınlar" ifadəsi bir növ suallar doğurur. Əslində isə burada söhbət 90-cı illərin əvvəlləri Azərbaycandan Ermənistana getmiş şəxslər, müstəqillik illərində Ermənistana müxtəlif ölkələrdən gəlib orada sığınacaq axtaran qaçqınlar ola bilər.

Onlara daha çox humanitar xarakterli yardım ediləcək. Ermənistan hökumətinin həmin kateqoriyadan olan şəxslərə humanitar yardım proqramları mövcuddur və bu proqramların effektivliyini artırmaq üçün Amerika Birləşmiş Ştatları Ermənistan hökumətinə dəstək göstərməyə hazırdır ki, daha effektiv olsun", - deyə Azər Allahverənov bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Yanvar 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri