Icma.az
close
up
RU
Deputat: “Rəsmi Moskvanın susqunluğu suallar doğurur”

Deputat: “Rəsmi Moskvanın susqunluğu suallar doğurur”

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Artıq bir müddətdir ki, Rusiya ictimaiyyətində və mediasında miqrant məsələsi süni şəkildə qabardılır, azərbaycanlılar və digər Orta Asiya xalqlarının nümayəndələri sistemli şəkildə hədəfə alınır. Azərbaycan hər zaman qonşuluq münasibətlərinə, əməkdaşlıq ruhuna və mədəni dəyərlərə hörmətlə yanaşıb”. 
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlamasında bildirib.
K.Bayramov deyib ki, Rusiya ərazisində yüz minlərlə azərbaycanlı çalışır və bu insanlar təkcə ailələrinə deyil, Rusiya iqtisadiyyatına da töhfə verirlər:
“Bu səbəbdən onların hədəf seçilməsi, hüquqlarının pozulması, zorakılığa məruz qalması nə insan haqları ilə, nə də strateji tərəfdaşlıq ruhu ilə uyğun gəlir. 
Təəssüf doğuran məqam odur ki, bu kampaniya yalnız marginal dairələrlə məhdudlaşmır, bəzi hallarda rəsmi qurumların da səssiz müşahidəsi ilə müşayiət olunur. 
Son hadisələr, o cümlədən Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılıq aktı, hüquq-mühafizə orqanlarının fərqli münasibəti və seçici davranışı Azərbaycanda  ciddi narahatlıq yaradıb. Rusiya tərəfi bu cür kampaniyaların nəticələrinin nə regionun sabitliyi, nə də ikitərəfli münasibətlər üçün faydalı olmayacağını anlamalıdır”.
Deputat qeyd edib ki, ötən il AZAL təyyarəsinin vurulması ikitərəfli münasibətlərdə ciddi bir siyasi gərginlik yaratdı:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı son dərəcə açıq, qəti və prinsipial mövqe sərgilədi. Dövlət başçımız bəyan etdi ki, Azərbaycanın hava məkanına qarşı törədilmiş bu təxribat cəzasız qalmayacaq və məsuliyyət daşıyan tərəf cavab verməlidir. Bu, hüquqi və siyasi baxımdan tam əsaslı, beynəlxalq hüquqa söykənən yanaşmadır. 
Rəsmi Moskvanın isə həm bu məsələ ilə bağlı, həm də miqrantlara qarşı baş verənlərə dair səssizliyi, mövqe bildirməkdən yayınması münasibətlərdə etimad boşluğu yaradır. Əgər Rusiya Azərbaycanla strateji tərəfdaş olduğunu iddia edirsə, bu cür hallarda dialoqa açıq olmalı, suallara aydın və məsuliyyətli cavab verməlidir. 
Təəssüf ki, bunun əvəzinə yayındırıcı və mövzudan uzaq mövqelər, yaxud tam susqunluq nümayiş olunur. Burada sual yaranır: Rusiya nə etmək istəyir? 
Əsas məqsədi nədir? Görünən odur ki, rəsmi Moskva bölgədə yenidən öz "vasitəçi" rolunu qoruyub saxlamaq, nüfuzunu artırmaq, eyni zamanda region dövlətlərini təzyiq altında saxlamaq niyyətindən əl çəkməyib”.
Millət vəkili diqqətə çatdırıb ki,  Azərbaycan isə artıq bu yanaşmanı qəbul etmir:
“Çünki biz öz müstəqil siyasətimizi qurmuşuq, ərazi bütövlüyümüzü təmin etmişik və suverenliyimizə istənilən formada müdaxiləni qətiyyətlə rədd edirik. 
Sonda bir daha vurğulamaq istəyirəm: Azərbaycan dövləti öz mövqeyini açıq, şəffaf və prinsipial şəkildə ortaya qoyur. Biz hadisələrin beynəlxalq hüquqa uyğun axarında maraqlıyıq. Amma kimin hansı məqsədlə susduğunu da diqqətlə izləyirik. Azərbaycanın səbri sonsuz deyil və biz lazım gəldikdə milli maraqlarımızı qorumaq üçün bütün vasitələrdən istifadə etməyə hazırıq”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyul 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri