Icma.az
close
up
RU
Orban Aİ də Ukraynaya dəstəyə qarşı yeni blok qurur: “Vişegrad üçlüyü” formalaşır

Orban Aİ də Ukraynaya dəstəyə qarşı yeni blok qurur: “Vişegrad üçlüyü” formalaşır

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Macarıstan Avropa İttifaqında Ukraynaya dəstəyə skeptik yanaşan ölkələri birləşdirmək üçün yeni siyasi blok yaratmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, baş nazir Viktor Orban Çexiya və Slovakiya ilə birgə hərəkət edərək Brüsselin Kiyevə hərbi və maliyyə yardımı planlarına qarşı “alternativ güc” formalaşdırmaq istəyir.

Orbanın baş müşaviri Balaj Orban bildirib ki, məqsəd Avropa İttifaqı sammitlərindən öncə bu üç ölkənin mövqelərini birləşdirmək və birgə qərarvermə mexanizmi qurmaqdır. O, bu təşəbbüsün “miqrasiya böhranı dövründə olduğu kimi uğurlu ola biləcəyini” və Aİ-nin vahid mövqeyinə təsir göstərəcəyini qeyd edib.

Yeni birlik, keçmiş “Vişegrad dördlüyü”nün (Polşa, Macarıstan, Çexiya, Slovakiya) bərpası kimi qiymətləndirilir, lakin bu dəfə Polşasız — çünki Donald Tusk hökuməti Ukraynaya tam dəstək verir və Moskva ilə dialoqa qarşı çıxır. Əvəzində Orban Çexiyanın sağ populist lideri Andrey Babiş və Slovakiyanın baş naziri Robert Fiço ilə sıx əlaqələr qurmağa çalışır. Hər iki siyasətçi sanksiyaların sərtləşdirilməsinə qarşı çıxır və “dialoq yolu ilə həll” mövqeyini bölüşür.

Müşahidəçilərin fikrincə, bu proses Aİ daxilində Ukrayna siyasətinə münasibətdə yeni parçalanma xətti yarada bilər. Əgər “Vişegrad üçlüyü” real şəkildə fəaliyyətə başlasa, Kiyevə yardım paketlərinin qəbulunu ləngidə və Brüsseldə konsensusun yaranmasına mane ola bilər.

Macarıstan hökuməti həmçinin Avropa Parlamentində sağ və mühafizəkar partiyalarla əlaqələrini genişləndirir. FIDES partiyası “Patriots for Europe” fraksiyası vasitəsilə “Avropa Mühafizəkarları və İslahatçıları” (ECR) və digər sağ yönümlü qüvvələrlə əməkdaşlıq planlaşdırır. Bu, Brüsseldəki siyasi balansın dəyişməsinə gətirib çıxara bilər.

Viktor Orban 15 illik hakimiyyətinin ən çətin seçki dövrünə qədəm qoyur. Sorğular göstərir ki, müxalifət lideri Peter Maqarın yeni “Tisa” partiyası bəzi regionlarda FIDES-i qabaqlayır. Orban komandası Brüsseli “Macarıstan hökumətini zəiflətmək cəhdlərində” ittiham etsə də, Avropa Komissiyası vəsaitlərin dondurulmasını “qanunun aliliyinin pozulması ilə” əlaqələndirir.

Analitiklərin fikrincə, Orbanın bu strategiyası həm Aİ daxilində siyasi dayaqlarını möhkəmləndirmək, həm də ölkə daxilində seçici prosesində “Brüsselə qarşı dayanan lider” obrazını təqdim etmək məqsədi daşıyır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Oktyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri