Orban bu tarixdə Rusiya ilə bağlı qərar verəcək
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Macarıstan Baş naziri Viktor Orban AB liderlərinə bildirib ki, o, yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra qurumun Rusiyaya qarşı sanksiyalarının uzadılması ilə bağlı qərar qəbul etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, AB Rusiyaya qarşı 15 sanksiya paketi təqdim edib və bu paketlər hər altı aydan bir yenilənməlidir:
“Növbəti yenilənmə Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından 11 gün sonra ediləcək. Məhdudiyyətlərin uzadılması üçün 27 AB ölkəsinin yekdil qərarı tələb olunur və Orban buna veto qoya bilər”.
Məlumata görə, dekabrın 19-da AB sammitinin sonunda Orban sanksiyaları uzatmağa hazır olmadığını deyərək həmkarlarını təəccübləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 20 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















