Orban: dünya dəyişmək üzrədir, liberal dünya nizamı bitdi
Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.
Liberal dünya nizamı sona çatdı və gələcəkdə qaliblər güclü tərəflərindən maksimum istifadə edən ölkələr olacaq.
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Macarıstan Baytarlıq Universitetinin binasının açılışında çıxışı zamanı bildirib.
“Macarıstan beynəlxalq arenada öz rolunu yeni əsaslarla oynamağa hazırlaşır. Biz başqalarının açdığı yolla getmək istəmirik, lakin öz tariximizdən, öz iqtisadi quruluşumuzdan və öz mədəniyyətimizdən faydalanmaq istəyirik”, - deyə o, qeyd edib.
Qlobal dəyişikliklərin gəldiyini qeyd edən Orban ölkələri əhəmiyyətini və suverenliyini itirməmək üçün bütün resurslarından istifadə etməyə çağırıb. O əlavə edib ki, qlobal qüvvələrə boyun əymək milli kimliyin və nüfuzun itirilməsinə gətirib çıxaracaq.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 11 Dekabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















