Orban ELAN ETDİ: Liberal dünya nizamı sona çatdı, yalnız bu ölkələr...
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Liberal dünya nizamı sona çatdı və indi dünya köklü dəyişikliklərlə üz-üzədir".
Publika.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Onun fikrincə, yalnız öz güclü tərəflərindən maksimum istifadə edən ölkələr dəyişikliklər zamanı qalib ola biləcəklər.
Nazirlər Kabinetinin rəhbəri hesab edir ki, tabe olan, cərgədə duran, öz dəyərlərini göstərə bilməyən, macar milli xarakterinə xas olan gücü kəşf edə bilməyən dövlətlər qısa zamanda əhəmiyyətini itirəcəklər.
O, həmçinin bildirib ki, Macarıstan Şərqin ən qərbi və Qərbin ən şərqli ölkəsi olmaqla, dünyanın bütün iqtisadi güc mərkəzləri ilə əlaqələr qurmaq istəyir. Eyni zamanda Orban qeyd edib ki, ölkəsi başqalarının açdığı yolla getmək niyyətində deyil, onun tarixindən, iqtisadi strukturundan və mədəniyyətindən yararlanmağa hazırlaşır.
Hüseyn İbadlı
Baxış sayı:84
Bu xəbər 11 Dekabr 2024 07:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















