Icma.az
close
up
RU
Orda bir Mahir var uzaqda...

Orda bir Mahir var uzaqda...

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın 2-ci bundesliqasında mübarizə aparan “Kayzerslautern” 8-ci turda “Bohum”u 3:2 hesabıyla məğlub etdi. Yeni mövsümdən bu komanda bizə xeyli doğmalaşıb, onu yaxından izləyirik. Bu da səbəbsiz deyil. Axı həmvətənimiz Mahir Emreli “Kayzerslautern”in heyətindədi, yay fasiləsində yeni komandasıyla əl sıxışıb. Düzdü, “Kayzerslautern” 2-ci bundesliqanın liderlərindən deyil, mən bu sətirləri qələmə alanda 15 xalla 5-ci pillədə qərarlaşıb. Amma ümumi götürəndə liderlərdən çox da uzaq düşməyib, elitaya çıxmağa imkan verən yerlərdən birini tutmaq şansı yüksəkdi. Pis olan odu ki, Mahir Ermeli “Kayzerslautern”in qələbələrində pay sahibi ola bilmir.

Səbəb isə hamımıza məlumdu. Torsten Liberknext həmvətimizin adını sifariş ərizəsinə daxil etmir. Özü də ardıcıl beşinci görüşdü ki, bu hal təkrarlanır. Çempionatın əvvəlində Liberknext Mahirə şans verir, onu start heyətdə meydana buraxırdı. Çox təəssüf ki, Mahir həmin şansdan yararlana, qol hesabını aça bilmədi. Sonrası isə acı gerçəklik kimi gözümüzün önündədi. Avropanın hansısa klubunda məşqçisinin futbolçunun qara gözünə və qaşına aşiq olub, onu daim oynatması inandırıcı deyil. Bəlkə də Azərbaycanda belə hallar yaşana bilər, amma bunun Avropada olacağına şəxsən mən inanmıram. Hələ-hələ bu futbolçu Azərbaycan kimi futbolunun imici heç də yüksək olmayan, yığması məğlubiyyətləri sıralayan bir ölkədən gəlibsə. Bu səbəbdən də Mahir dişiylə-dırnağıyla mübarizə aparmalı, ona verilən şansı dəyərləndirməli idi.
Bəli, mən başa düşürəm ki, futbol kollektiv oyundu. Orda bir nəfərin təkbaşına möcüzə yaratması, xarüqələrə imza atması mümkünsüzdü. Bunun üçün Messi və ya Ronaldo kimi superistedada malik olmalısan, başqalarından bir neçə baş üstün görünməlisən. Müasir dövrün azərbaycanlı futbolçusunda belə istedad və xarakter yoxdu. Bu acı reallıqla biz çoxdan barışmışıq. Elə Mahir də barışmalıydı. Liberknext Qurban Qurbanov deyil ki, onun başını sığallasın, özünü göstərənə qədər şans versin. Bir dəfə dözürlər, uzağı iki dəfə. Üçüncü dəfə də şans verirlər ki, sonra məşqçini qınamağa söz tapmasınlar. Ondan sonra deyilər ki, bu futbolçu oynamır, komandaya kömək etmir. İşin tərs tərəfi odu ki, Mahir oynamadığı dövrdə “Kayzerslautern” məhsuldarlıq problemi yaşamır, komandanın qol vurmaqla bağlı problemi yoxdu. Belə yerdə Mahirin də unudulması təbii qarşılanmalıdı. Axı məşqçilər qalib heyəti dəyişməyi sevmirlər.
Görünən budu ki, Mahir ötən mövsümün sonlarında “Nürnberq”lə münasibətləri korlamaqla ya tələskənliyə yol verdi, ya da səhvə. Elə eyni davranışı bir vaxtlar azarkeşlərlə yaşadığı problemə görə “Legiya”ya arxa çevirəndə də sərgiləmişdi. Hər halda, “Nürnberq”də Kloze ona daha çox güvənirdi. Bu güvən də onun daim oynamasına, vaxtaşırı fərqlənməsinə imkan verirdi. İndi bunların heç biri yoxdu. Düzdü, biz Mahirin yanında deyilik, klubun daxilində nələrin baş verdiyindən xəbərsizik. Amma peşəkar futbolçu həyatı belədi. Məşqçilərlə dil tapmaq vacibdi. Bir az da öz iddialarını gizlətməli, problemi böyütməməlisən. Çünki futbolçunun işi baş məşqçi ilə kəllə-kəlləyə gəlmək yox, onun etimadını qazanmaq, sonra da komandasına xeyir verib, bu etimadı doğrultmaqdı. Görünür, indiki halda Mahir bunu bacarmır.
Mahirin problemi, məşqçilərlə yola getməməsi bugünün, yaxud da dünənin məsələsi deyil. İllər öncə gənclər yığmasından Nazim Süleymanov onu elə bu cür intizamsız, bir qədər də yekəxana hərəkətlərinə görə uzaqlaşdırmamışdımı? Onda hələ Mahir yeniyetmə idi. Düşünürdük ki, illər keçəcək, düzələcək. Çox təəssüf ki, bəzi mənfi xüsusiyyətlər onu hələ də tərk etməyib. Nəticə də göz qabağındadı. Mahirin oynamaması onun millidəki çıxışına da təsir göstərir, adam faktiki komandaya kömək edə bilmir. Halbuki illərdi onun istedadını açmasını, qollarla millimizi qələbələrə daşımasını gözləyirik. Neynəmək olar, bizim bir Mahirimiz var. O da bizdən xeyli uzaqdadı. Səsimizi eşitmir, məsləhətlərə qulaq asmır. Assaydı, belə olmazdı. Ümid edək ki, çox da gec olmadan Mahir bəzi şeyləri dəyişə biləcək. Dəyişə bilməsə, növbəti dayanacaq Azərbaycan premyer-liqası olacaq. Buna şübhəm yoxdu!
AMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri