“Ordu 2027 ci ilə qədər müharibə hazırlığı vəziyyətinə gətiriləcək” Tayvan lideri
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Tayvan ilə Çin arasındakı gərginlik son illərin ən yüksək nöqtəsinə yüksəlib.
Tayvan Prezidenti Lay Cin-te Pekinin artan hərbi təzyiqlərinin “qırmızı xətti aşdığını” bildirərək ölkəsinin 2027-ci ilə qədər tam müharibə hazırlığı vəziyytinə gətiriləcəyini açıqlayıb.
Prezident Lay mətbuat konfransında Tayvanın 40 milyard dollarlıq əlavə müdafiə büdcəsi ayıracağını bildirib. Vəsait əsasən raket sistemlərinə, pilotsuz uçuş aparatlarına və süni intellekt əsaslı müdafiə texnologiyalarına yönəldiləcək.
Prezident Lay Pekinin siyasi və hərbi təzyiqlərinə qarşı sərt mövqe ortaya qoyaraq deyib:“Milli təhlükəsizlik məsələsində güzəştə yer yoxdur. Təzyiq qarşısında edilən güzəşt gələcəkdə yalnız əsarət gətirər”.
Lay Tayvanın demokratiya və azadlıq dəyərlərindən geri dönməyəcəyini vurğulayıb.
Rəsmi məlumata görə, Tayvanın müdafiə xərcləri 2026-cı ildə ÜDM-in 3,32 faizinə, 2030-cu ildə isə 5 faizinə yüksələcək.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 26 Noyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















