Icma.az
close
up
RU
Ordu atəşkəsi pozur, nazir müharibə istəmirik deyir: Paşinyan orduya nəzarəti itirib? ŞƏRH

Ordu atəşkəsi pozur, nazir müharibə istəmirik deyir: Paşinyan orduya nəzarəti itirib? ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

"Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və hətta yeni müharibəni proqnozlaşdıran bütün söhbətlərə cavab vermək istəyirəm. Müharibə üçün heç bir əsas yoxdur".

Bu açıqlamanı bu gün Ermənistan baş naziri Nikol Paşinyan verib. Əlavə edib ki, Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər. Müharibə olmayacaq, sülh olacaq.

Lakin Ermənistan tərəfində çox zaman deyilən söz başqa, əməl başqa olur. Tez-tez 2 ölkə arasında atəşkəsin pozulması, Ermənistan tərəfinin silahları cəbhəyə yerləşdirməsi, müharibə hazırlığı ilə bağlı şailərin yayılması da buna sübutdur.

Belə görünür ki, ya Nikol öz açıqlamaları ilə ya ikili oyun oynayır, ya da Ermənistan ordusuna nəzarət edə bilmir. Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı siyasi şərhçi Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətnləri demək olar ki, razılaşdırılıb, amma Ermənistan tərəfi konstusiyanı dəyişməlidir, Minsk qrupunu buraxmalıdır. Lakin biz görürük ki, Ermənistan tərəfi atəşkəsi mütəmadi olaraq pozur, Naxçıvan istiqamətində hərbi hərəkətliyiyi artırır. Lakin bu gün Ermənistanın baş naziri Nikol Paşinyan dedi ki, Azərbaycanla Ermənistan arasında müharibə etməyə hər hansısa bir səbəb yoxdur. Həm də əlavə etdi ki, 2 seçim var, ya sülh ya, müharibə. Burada Ermənistan kiməsə mesaj göndərdi. Belə görünür ki, Ermənistan baş naziri daha çox sülh açıqlamaları verir, həmçinin bildirdi ki, biz Müdafiə Nazirliyinə də tapşırmışıq ki, atəşkəs pozulmasın.

Belə görünür ki, atəşkəsin pozulması ordunun daxilində müəyyən hərbi təşkilatların bir oyunudur. Ermənistan ordusunda demək olar ki, 50 yaş üstü çağırışçılar var və onlar intizamsızlıq göstərir. Bir növ Ermənistan baş naziri orduya tam nəzarət edə bilmir. Azərbaycan qəti sürətdə atəşkəsi pozmaqda maraqlı deyil. Çünki Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib. Təbii ki, Ermənistan tərəfi müstəqil siyasi iradəyə malik ölkə deyil. Ermənistan müstəqil dövlət deyil və Fransanın təhriki ilə istənilən vaxt hərbi təxribatlara əl ata bilər, müharibəyə əl ata bilər. Lakin indi ki, müstəvidə əgər Ermənistan tərəfi atəşkəsi pozub təxribatlar törətsə, əlbəttə bu Ermənistanın növbəti daha biabırçı kapitulasiyasına gətirib çıxara bilər. Ermənistan daha çox ərazi itkilərinə məruz qala bilər. Azərbaycan tərəfi də əlbəttə ki, prosseslərə, döyüş şəraitinə nəzarət edir. Əgər Ermənistan ciddi şəkildə təxribatlara hazırlaşsa, Azərbaycan lazımı addımları atacaq. Düşünürəm ki, yaxın prespektivdə müharibə gözlənilmir.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Aprel 2025 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri