Icma.az
close
up
RU
“Ordu Bakıya yeridiləndə mən Azərbaycanın rəhbəri deyildim

“Ordu Bakıya yeridiləndə mən Azərbaycanın rəhbəri deyildim

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi Əbdürrəhman Vəzirov  ölümündən 3 il əvvəl Rusiyada fəaliyyət göstərən “Paxlava Production” internet televiziyasına müsahibə verib.

O, həmin müsahibədə 20 yanvar qırğını, siyasi rəhbərliyə necə gəlməsi və ailəsi barədə danışıb.

AzPost həmin müsahibənin diqqətçəkən məqamlarını oxucularına təqdim edir.

 “Ordunu Bakıya yeritmək barədə qərar olmayıb”

“1990-cı ilin yanvarında ordunun Bakıya yeritmək barədə qərar olmayıb. Yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan olunması barədə fərman olub”.

Vəzirov  bunu “Paxlava Production” internet televiziyasına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, həmin yanvarın 18-də artıq Azərbaycana rəhbərlik etməyib: “18 yanvar 1990-cı ildə mən artıq 1-ci katib deyildim. Bunu mənə elan etdilər. Təklif etdilər ki, ya Mərkəzi Komitəyə işə, ya da XİN-ə qayıdım. Mən isə bəyan etdim ki, sizinlə daha işləmək istəmirəm. Belə arzum da yoxdur. 18 yanvar 1990-cı ildə istefamdan sonra Azərbaycanı tərk etdim”.

Ə.Vəzirov maraqlı bir detalı açıqlayıb. Onun sözlərinə görə, 1989-cu ildə iki dəfə istefa vermək istəyib: “Mən 1989-cu ilin avqustunda istefa məsələmi qaldırdım. Həmin ilin dekabrında yenə istefa vermək istədiyimi bildirdim”.

Ə. Vəzirovun sözlərinə görə, SSRİ rəhbəri Mixail Qorbaçov ilk dəfə ona 1985-ci ildə Azərbaycana rəhbərlik etməyi təklif edib: “Mən onda imtina etdim. Diplomatik iş mənə daha cazibədar görünürdü. Bu təklifdən boyun qaçırdım, Qorbaçov da məni dəstəklədi. Görünür, birinci dəfə mənə bu vəzifəni təkilf edəndə münasibətimi öyrənmək istəmişdi”.

Ə. Vəzirov deyib ki, ikinci dəfə 1988-ci ildə ona vəzifə təklif olunub: “1988-ci ildə məni diplomatik vəzifədən təcili geri çağırdılar və  yenidən Azərbaycana rəhbərlik etməyi  təklif etdilər. Mən dedim ki, bunu bacarmayacağam. Bilirdim ki, məni hansı çətinliklər gözləyir.  Qorbaçov mənə dedi: “Rəhman, partiyaya kömək etmək lazımdır”.  İlk vaxtlar kömək etməyə çalışdım.  Sonra Qorbaçov  hər şeyi yerlə-yeksan etdi”.

Ə.Vəzirov 20 yanvardan sonra  daha heç vaxt Mixail Qorbaçovla görüşmədiyini bildirib.

“Katib dedi ki, yarım saata Qarabağın Ermənistana verilməsi barədə fərmanı imzala”

Daha sonra Vəzirov Ermənistanda 1988-ci ildə baş vermiş zəlzələ, Azərbaycanın ora göndərdiyi yardımdan və Qorbaçovla birgə İrəvana getməsindən danışıb.

“Bu günə qədər ermənilər zəlzələ yerinə xilasedici itlərlə gələn fransızları tərifləyirlər, hamıya təşəkkür edirlər, bir bizdən başqa… Sanki biz orada mövcud olmamışıq. Dəhşətdir. Azərbaycandan gələn traktorların təkərlərini təmizləyirdilər ki, burdan gedən bir toz belə Ermənistana düşməsin. Bu vəhşlikdir. Halbuki bu uşaqlar yüzlərlə insanı xilas etmişdilər”- deyə  Əbdürrəhman Vəzirov vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanda zəlzələ baş verdikdən 1 saat sonra Mərkəzi Komitənin Bürosunun iclasını çağırıb:  “Dedim ki, yardım prosesində iştirak etməliyik.  Daha ora nələr göndərmədik?! Vaqonlarla sement, bitum, taxta… Bərpa üçün nə lazımdır, göndərdik. Elə oradaca mexanizatorlardan ibarət xilasedici dəstə formalaşdırdıq.  Əvəzində nə ilə qarşılaşdıq? Bu günə qədər xilasedici itlərlə gələn fransızları tərifləyirlər, hamıya təşəkkür edirlər, bir bizdən başqa… Sanki biz orada mövcud olmamışıq. Dəhşətdir”.

Ə.Vəzirov deyib ki, Azərbaycan rəhbəri kimi o vaxt Ermənistana gedib: “ABŞ-dan Moskvaya qayıdan Mixail Qorbaçov təyyarədən mənə zəng vurdu.  Dedi“hər şeyi  bilirəm, köməyə görə çox sağ olun”. Daha sonra vurğuladı ki, “düşünürəm, bu hadisə millətçi-separatçı əhvalı silib atacaq, bu adamlar ağıllanacaqlar”. Qorbaçov mənə zəlzələ baş vermiş Leninakana gəlməyi təklif etdi. Mən xüsusi təyyarə ilə Leninakana uçdum, orada bizi qəbul etmədilər”.

 Ə.Vəzirov bildirirb ki, oradan Yerevana gəliblər: ”Bir saatdan sonra Qorbaçovun təyyarəsi gəldi. Çox isti görüşdü, oturduğu mikroavtobusa mindik. Mən ona olduğum yerdə adamların dediklərini çatdırdım. Hər yerdə “Qarabağ”, ”Qarabağ”… Zəlzələni belə unutmuşdular. Yerevana gəlmiş yüksək sovet rəhbərlərindən bunu tələb edirdilər. Baxın, Leninakanda insanları xilas edirlər, Yerevanda isə Qarabağla bağlı hər gün mitinq gedirdi. Yerevandakı iclasda ilk sözü Mərkəzi Komitənin katibi Qalayana verdilər. O, Qorbaçova dedi ki, siz yarım saatdan sonra Qarabağın Ermənistana verilməsi barədə fərman imzalamalısınız. İndiyə qədər bu, məni heyrətləndirir: insanlar necə belə qədirbilməz ola bilər? Onlar heç olmasa bir dəfə də olsun bu köməyə görə “çox sağ olun” deməyi bacarmadılar. Biz axı orada həm də azərbaycanlı gənclərdən ibarət xilasedicilərin həlak olduğu bir təyyarəni itirdik. Bundan bir kəlmə demədilər. Fransadan gətirilmiş xilasedici itlərin ölümünə görə başsağlığı verdilər, bizə yox! Biz isə vicdanla, bir qonşu və insan kimi davrandıq”.

“Bakıya bir neçə dəfə gəlmişəm”

Müsahibədə Vəzirov Azərbaycana bir neçə dəfə gəldiyini açıqlayıb.

“Mən Bakıda anadan olmuşam. Valideynlərim isə Qarabağda doğulub. Babam Qarabağ xanının vəzirinin nəvəsidir. Qarabağ xanlığının vəziri Camal Cavanşir xalqımızın tarixində böyük rol oynayıb və mən bununla fəxr edirəm.  Mən həmişə bu şəcərəyə layiq yaşamağa çalışmışam. Daşıdığım Vəzirov soyadını götürməyi  babama böyük maarifçi yazıçımız Mirzə Fətəli Axundov təklif edib. Vəzir adını saxlamaq üçün…”.

 Ə. Vəzirov valideynlərinin necə ailə qurmasından da danışıb: “Binəqədidə doğulmuşam. Anam Şuşa Pedoqoji məktəbində oxuyub.  O, Qaryagin (indiki Fizuli-red.) rayon partiya komitəsinin birinci katibinin bacısı idi. Babam Dudukçu kəndinin sahibi olub. Bu kənd vaxtıilə İrandan gələn erməni qaçqınlarını qəbul etmişdi. Sonra elə oldu ki, silahlı erməni dəstələri babamın malikanəsini yandırdılar. Babam bundan sonra öz ailəsi ilə birgə Qaryagindəki evində məskunlaşıb. Bu evin yaxınlığında dayımın evi yerləşirdi. Anam yay tətilində bu evə tətilə gələrdi.  Atam neftçi idi və Qaryaginə məzuniyyətə gəlibmiş.  Nənəm oğluna fikir verib görüb ki, gənc qıza diqqət yetirir. Nəticədə belə alınır ki, partiyanın birinci katibinin bacısı bəy oğlu ilə Bakıya qaçır. Dayım mən dünyaya gələndən sonra bacısı ilə barışıb. Çox firavan uşaqlığım olub. Beş oğlu olan babam məni çox himayə edirdi. O həmişə deyirdi: “Hamısı sənə qurban!” Bağçaya getməmişəm. Atam və anam bizim bütün qayğımızı çəkiblər.  Onlar əmək adamları idi.  Uşaqlığım çöx sayda millətlərin yaşadığı məkanda keçib”.

Daha sonra Ə. Vəzirov maraqlı etiraf edib. O bildirib ki, 90-cı illərdə Azərbaycana gəlib: “Bu illər ərzində bir neçə dəfə Azərbaycana getmişəm. Dəqiq neçə dəfə olduğumu deyə bilmərəm. Anam vəfat edəndə Bakıya gəldim. Digər  tədbirlərdə də  iştirak etmək üçün Azərbaycana gəlmişəm. Amma bu, çoxdan – 90-cı illərdə olub”…

Əbdürrəhman Vəzirov 2022-ci il yanvarın 10-da Moskvada müalicə aldığı xəstəxanada 91 yaşında vəfat edib. Moskvanın Troyekurovskoye qəbiristanlığında torpağa tapşırılıb.

Peşəkar diplomat olan Vəzirov 1930-cu ilk mayın 26-da Bakıda anadan olub. O, SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) fövqəladə və səlahiyyətli səfiri olub.

Ə. Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyasının 1-ci katibi olub. Məhz onun siyasi rəhbər olduğu zaman sovet ordusu 20 yanvar 1990-cı ildə Bakıya hərbi təcavüz edərək dinc əhalini qırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Fevral 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri