Ordu və polis müvəqqəti prezidenti Sədaqət andı içdi Komandir əsası təqdim olundu
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez Bolivar Milli Silahlı Qüvvələrinin (FANB) baş komandanı kimi tanınıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bununla bağlı Rodrigez, Müdafiə naziri Vladimir Padrino Lopez, Daxili İşlər naziri Diosdado Kabello və Milli Assambleyanın (AN) sədri Xorxe Rodrigezin iştirakı ilə mərasim keçirilib.
Mərasimdə çıxış edən müdafiə naziri Lopez Rodrigezə "komandir əsası"nı təqdim edib: "Biz Venesuela Bolivar Respublikasının Müvəqqəti Prezidenti kimi Rodrigezə tam sədaqət və itaət andı içirik".
Daxili İşlər Naziri Kabello Rodrigesə "tam sədaqəti"ni ifadə edib: "Milli konstitusiyaya və müvəqqəti Prezidentə sədaqətimiz mütləqdir. Onun administrasiyasını müdafiə etməyin hökumətin davamlılığını və Venesuela xalqının bütövlüyünü müdafiə etmək deməkdir"
Rodrigez isə çıxşında ölkəni yenidən ayağa qaldıracaqlarına söz verib: "Biz uğur qazanacağıq"
O, daha sonra adını çəkmədən müxalifət lideri Maria Korina Maçadonu ABŞ ilə əməkdaşlıqda ittiham edib: "Onlar Respublikanın sülhünə və əmin-amanlığına zərər vermək üçün buraya girə bilməyəcəklər. Biz razılığa, dialoqa hazırıq, amma nüvə güclərinin qapısını döyənlərin xalqımıza hücum etmək, onları şantaj etmək və pul qoparmaq üçün yeni bir hücumuna icazə vermək niyyətində deyilik".
Lamiyə
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 29 Yanvar 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















