Icma.az
close
up
RU
“Ordubad” Dövlət Tarix Mədəniyyət Qoruğu ilə bağlı görülmüş işlər açıqlanıb

“Ordubad” Dövlət Tarix Mədəniyyət Qoruğu ilə bağlı görülmüş işlər açıqlanıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 8 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində mətbuat konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda muxtar respublikanın mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov nazirlik tərəfindən “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı görülmüş işlər, qarşıda duran məsələlər barədə ətraflı danışıb, sualları cavablandırıb.

Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyev 2024-cü il fevralın 21-də “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli Qərarı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası” və “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi” təsdiq olunub. Qoruğun ərazisi 251,87 hektar ərazini əhatə edir. Qoruq ərazisində 1-i dünya, 1-i ölkə, 218-i yerli əhəmiyyətli olmaqla, 220 daşınmaz tarix və memarlıq abidəsi mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 mart tarixli Qərarı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiq edilib.

Həsən Seyidov vurğulayıb ki, qoruğun ərazisində tarix-mədəniyyət abidələrinin bərpa-konservasiyası istiqamətində işlər aparılır. Qoruğun inzibati binası üçün nəzərdə tutulan “Ərbabın iş yeri” adlı tarixi binanın və Sərşəhər meydanında yerləşən Sərşəhər Məscidinin bərpası ilə bağlı layihələndirmə işləri görülüb. Hazırda Mədrəsə binasının bərpası ilə bağlı layihələndirmə işləri və “Ərbabın iş yeri” tarixi binasının bərpası istiqamətində satınalmalar həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri