Icma.az
close
up
RU
Ordumuzda bayram keçirilib

Ordumuzda bayram keçirilib

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, tədbirlər Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi və ictimai-siyasi əhəmiyyəti barədə ətraflı məlumat verilib, bu əlamətdar günün milli birlik, Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirdiyi vurğulanıb.

Qeyd olunub ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi barədə qərar qəbul olunub və bu təşəbbüslə bağlı ölkə parlamentinə müraciət edilib. Həmin ilin dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə müvafiq qanun qəbul edilib.

Bayram tədbirləri zamanı müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də onun siyasi kursunu uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətçilik və ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətləri xüsusi diqqətə çatdırılıb.

Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün sənədli filmlər nümayiş etdirilib, Vətənə və dövlətə sədaqət düşüncələrinin, eləcə də milli-mənəvi dəyərlərin aşılanması məqsədilə dəyirmi masalar, viktorinalar keçirilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivlərinin təqdim etdiyi konsert proqramları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Bayram günündə, həmçinin hərbi qulluqçular tərəfindən şəhid ailələri ziyarət olunub, onlara bayram sovqatları təqdim edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azvision.az
archiveBu xəbər 31 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see496

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see360

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see356

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see337

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see336

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see334

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see308

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see306

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see306

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see297

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see292

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see292

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see287

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see283

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see274

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see252

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see237

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see227

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see223

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri