Icma.az
close
up
RU
Ordumuzda dini radikalizm problemi

Ordumuzda dini radikalizm problemi

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Silahlı qüvvələrdə və hüquq-mühafizə orqanlarında bu istiqamətdə mütləq daimi işlər aparılmalıdır”

Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2025-ci il üçün birgə tədbirlər planı imzalayıb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirliyin silahlı qüvvələrinin birləşmə, bölmə və hərbi hissələrində, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində tədbirlərin keçirilmə yeri, vaxtı və məsul şəxslər müəyyən edilib. Belə ki, il ərzində hərbi qulluqçular azərbaycanşünaslıq ideyalarının inkişaf etdirilməsi, milli-mənəvi və mədəni dəyərlərin qorunub saxlanılması, radikal dini cərəyanlara və ekstremizmə qarşı mübarizə, eləcə də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş tədbirlərə cəlb olunacaqlar.

Söhbət dövləti daha çox narahat edən hansı problemlərdən gedir? Orduda ibadət əhli olan hərbçilər üçün şərait yaradılıbmı? Hərbi hissələrdə ibadət otaqları varmı? Qanunla nəzərdə tutulurmu? 

Millət vəkili Fazil Mustafa deyir ki, bu sənəd əslində hansısa bir şəxsin və ya peşə mənsubunun ibadəti və inancı ilə bağlı məsələlərə aid deyil. Burada söhbət məhz dini radikalizmdən gedir. 

Fazil Mustafa

“Orduda və hüquq-mühafizə orqanlarında bu istiqamətdə mütləq daimi işlər aparılmalıdır. İntensiv xarakter daşıyan planlı yoxlamalar getməlidir. Çünki ordu da, hüquq-mühafizə orqanları da  həssas qurumlardır. Burada dövlətin maraqlarının qorunması çox önəmlidir.

Təbii ki, orduda və ya güc strukturlarında insanların inancına qarışmaq, ibadətinə mane olmaq kimi tendensiya Azərbaycanda yoxdur. Əsgər və zabitlərimiz bununla bağlı hüquqlarını həyata keçirə bilərlər. Lakin bu onların vəzifələrinin icrasına mane olmamalıdır. Ona görə də ibadət üçün hansısa maneə yoxdur. Radikalizmə isə imkan və fürsət verəcək düşüncə olmamalıdır. Müvafiq qurumlar Azərbaycanda radikalizmdən xüsusilə qorunur. İmzalanan sənəd və tədbirlər planı da bu istiqamətə yönəlib".

Ceyhun Məmmədov

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirir ki, bu layihənin icrası uzun illərdir ki, davam edir. Hər il bu plan əsasında tədbirlər keçirilir: “Din böyük qüvvədir və təsiri genişdir. Azərbaycanda da insanların dinə meyl etdiyini, dindarların sayının artdığını görürük. Bu mənada dinin mənəvi dəyərlərindən, insanların şüuruna ciddi təsirini nəzərə alaraq belə iş birlikləri önəmlidir. Bu, təkcə Azərbaycanda deyil, Avropanın bir sıra ölkələrində də keşiş hərbçilərlə görüşür, fikir mübadiləsi aparır. Bu baxımdan belə tədbirlər bizim ordumuzun abu-havasına ciddi təsir göstərir. Dinimizə görə vətəni sevmək və qorumaq önəmlidir. Orduda dinə meyilli insanlarımız var, onları maraqlandıran sualların cavablandırılması məsələsi önəmlidir.

Bu gün orduda namaz və ibadətlə bağlı heç bir problem yoxdur. Orduda sistem və intizam qorunaraq hərbi hissələrimizdə hərbçilər üçün hər cür şərait yaradılıb. Davamlı olaraq ilahiyyatçılar hərbi hissələrdə olurlar və əsgərlərlə görüşürlər.              

Bu, dinə kənar təsir və müdaxilələrin qarşısını alır. Biz əvvəlki dövrlərdə hansısa sektalar və təriqətlər tərəfindən bu cəhdləri görmüşük. Bunun qarşısının alınması baxımından da tədbirlər planı əhəmiyyət daşıyır".

musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Yanvar 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri