“Oriondan sevgilərlə” filmi beynəlxalq festivalda nümayiş olunacaq
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 22 aprel, AZƏRTAC
Rejissoru və prodüseri Rafiq Hacıyev, ssenari müəllifləri Rafiq Hacıyev və Kənan Yusifov olan “Oriondan sevgilərlə” film bu il “Kyrgyzstan – Land of Short Films” festivalı çərçivəsində nümayiş olunacaq. Filmin istehsalçısı “ROG VFX Studio” MMC-dir.
AZƏRTAC xəbər verir ki, film 15 il əvvəl qızını itirmiş çoban Akifin hekayəsindən bəhs edir. O, qızının yadplanetlilər tərəfindən qaçırıldığına inanır və illərlə astronomiya və fizika ilə məşğul olaraq səmaya siqnallar göndərir. Ümidini itirdiyi anda isə həyatını dəyişəcək gözlənilməz hadisə baş verir...
Qırğızıstanda keçirilən bu festival MDB ölkələrindən qısametrajlı filmləri bir araya gətirərək gənc rejissorlar və müəllif işləri üçün beynəlxalq platforma rolunu oynayır.
“Oriondan sevgilərlə” filminin bu festivalda iştirakı Azərbaycan kinosunun beynəlxalq arenada təqdimatı baxımından mühüm addımdır.
Festival aprelin 25-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 22 Aprel 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















