Azərbaycanlı gənc rejissorun filmi Çexiyada beynəlxalq festivalda nümayiş olunacaq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 17 noyabr, AZƏRTAC
Gənc rejissor Ələmdar Faiq oktyabrın 24-dən noyabrın 2-dək Çexiyanın Jihlava şəhərində keçiriləcək 28-ci Ji.hlava Beynəlxalq Sənədli Filmlər Festivalının “Jihlava yeni baxış və forum” (Jihlava new vision and forum) bölməsinin qaliblərindən biri olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqından AZƏRTAC-a bildirilib ki, rejissor sözügedən bölmədə “Ümid bizi aparacaq” adlı film layihəsi ilə iştirak edəcək.
Film-layihə Şabranın Qazbabalı kəndində uzun illərdir həllini tapmayan şirin su problemi barədə material hazırlamaq üçün kəndə gələn jurnalist Coşqun Eldaroğlunun kənddə təhsili yarımçıq qalan uşaqlara dərs deməsindən bəhs edir.
“Chinarfilm” studiyasının istehsalı olan “Ümid bizi aparacaq” film-layihəsinin təsvir rejissoru Tofiq Əliyev, prodüserləri Sərxan Cəfərli və Türkan Hüseyndir.
“Jihlava yeni baxış və forum” bölməsinin əsas hədəfi sənədli kinoda yeni söz demək potensialı olan layihələrin inkişafına dəstək vermək, beynəlxalq kino sənayesinə tanıtmaq, potensial prodüserlər, satış agentləri ilə əməkdaşlıq qurmasına yardım etməkdir.
Ələmdar Faiqin səfər xərclərini “Kinosəyyah” proqramı çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqı öz üzərinə götürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 17 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















