Icma.az
close
up
RU
“Oropouche virusu XƏBƏRDARLIĞI

“Oropouche virusu XƏBƏRDARLIĞI

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Alimlər Aralıq dənizi ölkələrində “Oropouche" virusunun (OROV) ağcaqanadlar vasitəsilə yayıla biləcəyi barədə xəbərdarlıq ediblər. 

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, Latın Amerikasında on minlərlə insana təsir edən bu virus, artıq Türkiyədə yayılmış olan zolaqlı ağcaqanad (Aedes albopictus) növü ilə daşına bilir.

Almaniyanın Hamburq Universiteti tərəfindən aparılan yeni araşdırmaya görə, Aedes albopictus növü müəyyən temperatur şəraitində bu virusu tüpürcəyi vasitəsilə ötürə bilir. Araşdırma nəticəsində bu zolaqlı ağcaqanad növünün Avropada ən çox risk daşıyan növ olduğu müəyyən edilib.

"Oropouche" virusu indiyədək yalnız Latın Amerikasında lokal epidemiyalara səbəb olub. Lakin bu il ilk dəfə ölüm halları və anadan körpəyə yoluxma hadisələri qeydə alınıb.

Qızdırma, baş ağrısı, əzələ ağrısı və halsızlıq kimi simptomlarla ortaya çıxan xəstəlik, immun sistemi zəif olan insanlarda ciddi fəsadlara yol aça bilir.

Araşdırmada İspaniya, İtaliya, Yunanıstan və Türkiyənin virusun yayılması üçün ən uyğun şəraitə malik ölkələr olduğu bildirilib. Həm iqlim şəraiti, həm də zolaqlı ağcaqanadın çoxluğu baxımından Türkiyə, xüsusilə yay aylarında bu virus üçün yüksək risk qrupunda yer alır.

Qeyd olunub ki, Aedes albopictus ilk dəfə Türkiyədə Trakya və İstanbul ətrafında aşkarlanıb. Son illərdə isə Qara dəniz sahilləri, Egey və Aralıq dənizi bölgələrində sürətlə yayılmaqdadır.

"PubMed"də dərc olunan elmi məqaləyə görə, virusun ağcaqanadın bədənində çoxalması üçün 24°C və daha yüksək temperaturlara ehtiyac var. Bu temperatur aralığı isə Türkiyədə yay aylarında bir çox bölgədə həftələrlə davam edir.

Bu da onu göstərir ki, mümkün yayılan virus təkcə tropik bölgələrlə məhdudlaşmır, İstanbul, Antalya, Samsun, Mersin, İzmir kimi şəhərlər də potensial təhlükə altındadır.

Türkiyədə bu günə qədər Oropouche virusuna rast gəlinməsə də, mütəxəssislər ehtiyatlı olunmalı olduğunu bildiriblər. Onların fikrincə, virus daşıyan bir şəxsin yayda Türkiyəyə gəlməsi və zolaqlı ağcaqanad tərəfindən dişlənməsi, lokal yoluxma zəncirini başlada bilər.

Nəzərə çatdırılıb ki, Türkiyə daha əvvəl də Qərbi Nil virusu və Denq qızdırması kimi tropik xəstəliklərlə qarşılaşıb. Aedes albopictus bu xəstəliklərin də potensial daşıyıcısı kimi tanınır.

Zolaqlı ağcaqanadın kiçik su yığıntılarında asanlıqla çoxaldığı vurğulanıb.

Mütəxəssislər tövsiyə edib ki, saxsı altlıqları, açıq bidonlar, təkərlər kimi su toplanacaq sahələr boşaldılmalı və ya örtülməli, bağ və balkonlar mütəmadi təmizlənməli, ev və iş yerlərinə tül torlar quraşdırılmalı, şübhəli ağcaqanad sancmalarında dərhal səhiyyə müəssisəsinə müraciət edilməlidir.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 İyul 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri