Icma.az
close
up
RU
Əzələ kramplarının əsl səbəbi gözləniləndən fərqli imiş

Əzələ kramplarının əsl səbəbi gözləniləndən fərqli imiş

Icma.az bildirir, Milli.az portalına istinadən.

İdmançılar üçün qəfil yaranan əzələ spazmları, yəni məşqlə əlaqəli əzələ krampları, həm ağrılı, həm də yarışdan kənarda qalmağa səbəb olan ən çətin vəziyyətlərdən biridir. Bu nəzarətsiz əzələ daralmaları uzun illərdir həm mütəxəssislər, həm də idmançılar üçün sirr olaraq qalırdı.

Milli.Az xəbər verir ki, Uzun müddət bu problemin əsas səbəbi susuzlaşma və elektrolit çatışmazlığı hesab edilirdi. Lakin son tədqiqatlar göstərib ki, bu izah hər zaman keçərli deyil. Çünki bəzi idmançılar lazımi qədər maye qəbul etdikləri halda da kramp yaşayır, bəziləri isə isti və rütubətli şəraitdə belə bu problemlə üzləşmir.

Yeni elmi araşdırmalar diqqəti başqa amilə yönəldir: oyun səthinin xüsusiyyətləri. Səthin sərt və ya elastik olması sinir-əzələ sisteminə təsir göstərərək yorğunluğu artırır, bu da nəticə etibarilə kramp riskini yüksəldə bilər.

Əzələ krampları necə yaranır?

Əzələlər uzunmüddətli yüklənmə zamanı yorulduqda sinir siqnallarının balansı pozulur. Normalda əzələlərə həm büzülmə, həm də rahatlama əmrləri verilir. Bu siqnal pozuntusu motor neyronlarını həddən artıq aktivləşdirir və əzələlər qeyri-ixtiyari şəkildə daralır, yəni kramp yaranır.

Səthin sərtliyi və elastikliyi bu mexanizmi daha da gücləndirə bilər. Məsələn, aparılan tədqiqatlarda müxtəlif sərtlikdə meydançalarda idmançılarda əzələ aktivliyinin 13 faiz, müxtəlif çəmənlik örtüklərində isə hamstring fəaliyyətinin 50 faiz fərqli olduğu müəyyən edilib. Bu da səthin əzələlərə və oynaqlara təsirinin nə qədər ciddi olduğunu göstərir.

Krampların qarşısını necə almaq olar?

Əgər oyun səthləri əzələ yorğunluğunu artırırsa, idmançılar məşqlərini həmin şəraitə uyğunlaşdırmalıdır. Məsələn, yumşaq örtüklü meydançalarda çalışan futbolçular sərt səthlərdə oyun zamanı daha çox risk altındadır. Buna görə də hazırlıq proqramına müxtəlif səthlərdə keçirilən məşqlər daxil edilməlidir.

Eyni yanaşma basketbol, tennis və digər idman növlərinə də aiddir. Komandalar səfər oyunlarının şəraitini təqlid edən məşqlər sayəsində idmançıların əzələlərinin adaptasiyasını gücləndirə və kramp riskini minimuma endirə bilərlər.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Noyabr 2025 03:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri