Icma.az
close
up
RU
Orqanizmin sağlam qalması üçün beynin işlək olması mütləqdir

Orqanizmin sağlam qalması üçün beynin işlək olması mütləqdir

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hər bir zamanın öz tələbi var və bunlara uyğun olaraq müəyyən dəyərlər, texnologiyalar yaranır. Son illər mütaliə mədəniyyətində bir çox dəyişikliklər oldu. Xüsusən də televiziya, internet, sosial şəbəkələrin inkişafı yeni formatlar, bilgilər və bacarıqlar ortaya qoydu. Biz buna virtual oxu mədəniyyəti deyirik. Əvvəl yalnız kağız daşıyıcılarda və qisməndə daha sonralar elektron daşıyıcılarda mətnlə tanış olmaq, mütaliə etmək, öz bilgilərini artırmaq kimi vərdişlər vardısa, son 15-20 ildə bu vərdişlər tamam dəyişildi. Artıq elektron, virtual oxuma mədəniyyəti dünyada olduğu kimi Azərbaycandada oturuşmağa başladı". Bu sözləri Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydın xan Əbilov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, biz indi məktubu əl xətti ilə yazıb kağızda göndərmiriksə, "WhatsApp", smartfon, kompüterdə musiqiyə qulaq asırıqsa, yaxud filmə baxırıqsa, təbii ki, bu oxu mədəniyyətində də öz təsirlərini buraxacaq:"İndi insanlar elektron kitablarda, e-book adlı cihazlar vasitəsilə, amma daha çox smartfon, telefon, planşetlə həm kitab oxuyur, həm yazıçı şairlərimiz öz kitablarını yazırlar, onu internet saytlarında, sosial şəbəkələrdə yayıb təbliğ edirlər. Bu artıq zəmanənin diqtəsidir və bunu qəbul etmək lazımdır. Ümumiyyətlə fərqi yoxdur, format olaraq istər elektron, istərsə də kağız variantında mütaliə edirsizsə sizin beyniniz işləməyə başlayır, insan orqanizminin şah əsəri belə onun beynidir. Kreativlik, düşüncə tərzi, orqanizmin sağlam qalması üçün beynin işlək olması mütləqdir".

Aydın xan Əbilov həmçinin deyib ki, araşdırmalar bunu da göstərir ki, insan beyni nə qədər inkişaf edirsə və bunun işçilərindən olan oxumaq, tanış olmaq, araşdırmaq, mütaliə etmək, kitabla yaxud elektron vizual informasiyanı qəbul etmək onu daha çox sağlam edir: "Hətta bir çox mütəxəssislər kitab terapiya deyilən bir formatdan istifadə edirlər. Beyin zədələri, yaddaş pozğunluqları ilə qarşılaşan insanları hər gün 10 səhifə kitab oxutdurmaqla onların sağlamlıqlarını bərpa edə bilirlər. Azərbaycanda kitaba sovet dönəmində daha böyük həvəs olub. Ona qədər elitar və saray təbəqələri əl yazma formasında olan kitab oxumaqla məşğul idisə, sonralar mədrəsələrin inkişafı ilə bağlı ərəb, fars, köhnə əlifba ilə quran dilində şəriətlə bağlı əsərlər oxunurdusa, sovet dövründə bu formatını dəyişdi. Bu dövrdə daha çox poeziya, bədii nəsr, dərsliklər, sonralar isə sahəvi elmi və ədəbiyyat kitabları oxunmağa başladı.

Müstəqillik dövründə azadlıq əldə etmiş insanlar sanki mütaliədən uzaq düşdülər, klassik, ənənəvi oxu vərdişləri bizdə məhv oldu, digər səbəb olaraq sosial şəbəkələr də bunu gücləndirdi. İnsanlarımız bədii, dünya və dedektiv kitablarından yararlanmağa başladılar. Amma son nəsil mütaliə mədəniyyətinə yeni bir qatqı gətirdi və bu məni çox sevindirir. İstər virtual, istərsə də ənənəvi formada kitablarla tanış olur, keyfiyyət və kəmiyyət dəyişikliklərinə aparıb çıxartdılar. Yəni insanlar bədii və poeziya ədəbiyyatı ilə yanaşı, elmi, sahəvi, onları düşündürən, peşəkarlaşdıra biləcək kitablar, dərsliklər, elmi nəşrlərlə məşğul olmağa başladılar. Dünyanın istənilən ölkəsinə gedəndə həkimin yaxud digər peşə sahiblərinin kabinetində gözləyərkən öz sahələrinə uyğun olan onlar haqqında elmi dərgilər, kitablar və həmçinin elektron variantlarını görə bilərsiz. Lakin Azərbaycanda bu mədəniyyət hələki çox az formalaşıb. Ölkədə ümumiyyətlə dünyada da ən çox oxuyan tələbələr, şagirdlər, elmi, intelektual sahənin adamları olur. Onlar daha çox mütaliə edib yeni ədəbiyyat nümunələri ilə tanış olmağa çalışırlar.

Təəssüflər olsun ki, bizdə elmi-publisistik nəşrlərin sayı istənilən qədər deyil və bu tipdə əsərləri yayan, nəşr edən jurnallarda demək olar ki tapılmır. Olan jurnallarında tirajı 50, 100 uzaqbaşı isə 500-dür. Bu baxımdan virtual mütaliə mədəniyyəti insanlara daha çox informasiya verə bilər. Mənim rəhbərlik etdiyim Sənətçilər və Yazarlar İctimai Birliyi bu zamanənin diqtəsini daha tez hiss edib, kitabxana.net portalını yaratdıq və "Paşayev" adlı 15 minə yaxın elektron kitabların və nəşrləri portala yerləşdirmişik. Dünyanın istənilən yerindən öz smartfonları vasitəsilə Azərbaycanla bağlı, Qarabağ həqiqətləri və dövlətçilik ənənələri ilə bağlı, ictimai, elmi, sosial mövzulu kitablarımızı endirib oxuya bilərlər. Bu humanitar layihədir, kitabları pulsuz endirmək imkanı yaratmışıq ki, orda istənilən yerdə Azərbaycan gəncləri və Azərbaycanı öyrənmək istəyən vətəndaşlar rahatçılıqla oxuya bilsin. Həmçinin kitabları pdf şəkildə yerləşdirmişik ki, azərbaycanlılarla yanaşı, əcnəbilərdə bunları yükləyən zaman öz ana dillərinə yaxud dünyanın aparıcı dilləri olan ingilis, rusa tərcümə edib, məlumat əldə edə bilsinlər. Dünya get-gedə inkişaf edir, suni intellekt gəlir, müxtəlif dillərdə tərcümə proqramlar, tətbiqlər yaradılır və istənilən adam aparıcı dillər olan ingilis, rusla yanaşı, müxtəlif türk dillərində olan kitabların elektron variantı varsa tərcümə edib rahatlıqla oxuya bilərlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Yanvar 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri