Icma.az
close
up
RU
Orqanların köçürülməsi kimlərə və necə aparılır?

Orqanların köçürülməsi kimlərə və necə aparılır?

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi: “Seçim zamanı qan qrupu uyğunluğu, tibbi göstəricilər, təcili tibbi ehtiyac nəzərə alınır”Hazırda 1300-dən çox şəxs orqan transplantasiyası üçün gözləmə siyahısındadır.

Bizimyol.info xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verib.

Bildirilib ki, ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edən şəxslərin sayı isə 1400-ü keçib.

Ümumilikdə gözləmə müddəti orta hesabla nə qədərdir?Gözləmə siyahısında Bakı ilə bölgələr arasında nə kimi fərqlər müşahidə olunur?

Yaranan suallara cavab tapmaq üçün Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə sorğu ünvanladıq.

Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, gözləmə müddəti fərdi xarakter daşıyır.

Sual: Ümumilikdə gözləmə müddəti orta hesabla nə qədərdir?

Cavab: “Orqan transplantasiyasında sabit və hamı üçün eyni olan “ortalama gözləmə müddəti” anlayışı mövcud deyil. Bu sahədə gözləmə müddəti birbaşa olaraq uyğun donor orqanının mövcudluğu ilə bağlıdır.

Kadaver donor orqanı müəyyən edildiyi anda resipiyent seçimi təsdiq edilmiş tibbi meyarlar və vahid elektron gözləmə siyahısı əsasında aparılır. Seçim zamanı qan qrupu uyğunluğu, tibbi göstəricilər, təcili tibbi ehtiyac və digər klinik faktorlar nəzərə alınır. Buna görə də gözləmə müddəti fərdi xarakter daşıyır və hər bir xəstə üçün tibbi göstəricilərdən asılı olaraq dəyişir”.

Sual: Gözləmə siyahısında Bakı ilə bölgələr arasında nə kimi fərqlər müşahidə olunur?

Cavab: “Gözləmə siyahısında paytaxt və bölgələr üzrə hər hansı üstünlük və ya fərqləndirmə mövcud deyil. Bütün resipiyentlər yaşayış yerindən asılı olmayaraq eyni qaydalar, eyni tibbi meyarlar və vahid elektron sistem üzərindən növbəyə daxil edilir və qiymətləndirilir.

Orqan bölgüsü prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirilir və əsas prinsip tibbi uyğunluq, ədalətlilik və şəffaflıqdır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Aprel 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri